Qafqaz sarıcası ()Моргун Д. В., Довгайло К. Е., Рубин Н. И., Солодовников И. А., Плющ И. Г. Дневные бабочки (Hesperioidea и Papilionoidea, Lepidoptera) Восточной Европы. CD определитель, база данных и пакет программ «Lysandra». — Минск, Киев, М.: 2005. -Pulcuqqanadlılar dəstəsinə və Ağ kəpənəklər fəsiləsinə aid növ.

Təsviri İri kəpənəkdir, qanadları açılmış halda 50–55 mm-ə çatır. Qanadları qırmızımtıl – narıncı rəngdə olub, kənarları enli qara zolaqlıdır. Ön qanadın üzərində iri qara nöqtə vardır. Arxa qanadın mərkəzində dairəvi narıncı ləkə vardır. Qanadın alt səthində bu ləkə iridir və ikiqatdır.Azərbaycan Qırmızı Kitabı, Bakı, II cild, 2013

Yayılması Gürcüstanda Borjomi, Tsaqveri, Bakuriani. Azərbaycanda Murovdağ silsiləsinin cənub yamacları.Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т.V, М.-Л., изд-во АН СССР, 1958, с. 351 - 475;

Həyat tərzi Traqakant tikanlı gəvən və müxtəlif ot bitkilərinin bitdiyi sıldırım yamaclar. Kəpənəklər iyunda-iyulun əvvəlində uçuşurlar. Yumurtalarını tikanlı gəvənin üzərində qoyur. İyul-avqust aylarında tırtıllar həmin bitkinin yarpaqları ilə qidalanır. Puplaşma avqustda gəvən kollarının içərisində keçir və puplar qışlayır. İldə bir nəsil verir. Təbii düşmən və xəstəlikləri məlum deyildir. Lakin tırtıl və kəpənəkləri həşəratyeyən quşlar, sürünənlər və yırtıcı həşəratlar tərəfindən qida kimi istifadə edilə bilər.Дидманидзе Э.А. Чешуекрылые аридных районов Закавказья (Lepidoptera, Rhopalocera). Некоторые группы животных аридных районов Закавказья. Тбилиси: Мецниереба, 1979, с. 43 - 114;

Sayı R.Əffəndi tərəfindən 2 kəpənəyi qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər Mal-qaranın otarılması, ot bitkilərinin müntəzəm surətdə biçilməsi kəpənəyin qida bitkisinin yayılma arealının kiçilməsinə səbəb olur. Həvəskar kolleksiyaçılar tərəfindən kəpənəklərin kütləvi surətdə tutulması da populyasiyanın həyat fəaliyyətini zəiflədir.

Qorunması üçün qəbul olunmuş tədbirlər Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Kəpənəyin yayıldığı sahələrdə qorunnan ərazilərin təşkil edilməsi. Kəpənəyin Azərbaycan şəraitində biologiyasının öyrənilməsi, onun sayı barədə dəqiq məlumatların əldə edilməsi üçün müntəzəm monitorinqlərin təşkil edilməsi.

İstinadlar

Ədəbiyyat Azərbaycan Qırmızı Kitabı, Bakı, II cild, 2013 Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т.V, М.-Л., изд-во АН СССР, 1958, с. 351 - 475; Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т.LI, вып.1-2, 1972, с. 136 - 154, 352 - 368; Дидманидзе Э.А. Чешуекрылые аридных районов Закавказья (Lepidoptera, Rhopalocera). Некоторые группы животных аридных районов Закавказья. Тбилиси: Мецниереба, 1979, с. 43 - 114; Staudinger O. Catalog der Lepidopteren des palaearctischen Faunengebietes. I Theil. Berlin, 1901, 411 p.

Həmçinin bax

Kateqoriya:Ağ kəpənəklər Kateqoriya:Avrasiya həşəratları