Eskulap dırmanantəlxəsi və ya Eskulap ilan — Suilanıkimilər fəsiləsinə aid ilan növü.

Görünüşü Eskulap dırmanantəlxəsinin ortalama uzunluğu 2 m təşkil edir (ən uzunu isə 2,25 m). Ümumi fonda sarı-boz-krem rənglərinin qarışığını təşkil edir.

Yayılması Bu növ Şimal-qərbi İtaliyadan Qafqaza qədər olan ərazilərə yayılmışdır. Onlara Cənubi Moldova, Cənub-qərbi Ukrayna ərazilərdə görmək olar. Vaxtı ilə İran və Azərbaycanın cənub şərqində yayılmış Elaphe persica (Werner, 1913) yarımnövü hazırda Fars dırmanantəlxəsi adı ilə müstəqil növə çevrilmişdir.

Həyat tərzi Onlar əsasən ön dağlıq ərazilərdə yayılırlar. Bəzən 2000 m yüksəkliyə qədər yayıla bilirlər. Onlara daha çox çay və fındıq kolları arasında olurlar. Xüsusi ilə açıq və insanların çox olduğu ərazilərdən qaçırlar. Aktiv dövrləri apreldən başlayaraq oktyabr ayına qədər davam edir. Bəzən isə qışlamaya dekabrda gedirlər. Cütləşmə əsasən yerin altında baş versə də? bəzən ağac üzərində baş verir. Cütləşmə may-iyun aylarına təsadüf edir. Mövsüm ərzində 4–10 yumurta qoyurlar (17–20 x 35–50 mm). 2–3 aydan sonra yumurtadan balalar çıxır.

Onlar əsasən gəmiricilərlə qidalanır. Əsas düşmənləri yırtıcı quşlar və məməlilərdir. Bu növ ilanlar Gürcüstan, Ukrayna və Rusiyanın Qırmızı Kitababına daxil edilmişdir.

İstinadlar

Xarici keçidlər

Eskulap dırmanantəlxəsi Rusiya qırmızı kitabına düşən ilanlar. Eskulap dırmanantəlxə Kateqoriya:Suilanıkimilər Kateqoriya:İlanlar Kateqoriya:Sürünənlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avropa faunası Kateqoriya:Avrasiya sürünənləri