__NOTOC__ 250px|thumb|Merilin Monro "Şahzadə və rəqqasə" filmində Merilin Monronun filmoqrafiyası — amerikalı kinoaktrisa Merilin Monronun çəkilmiş olduğu filmlər haqqında məlumatları özündə cəmləşdirir.
Monro 1945-ci ildə fotomodel karyerasına başlayıb,D.R. Hann - My Interviews with Famous Dead People . Don hann , 2009. ISBN 978-1-4495-3948-1. 1946-cı ildə isə Fox kino şirkəti ilə bir illik müqavilə imzalayıb və bu şirkətin bir neçə az tanınan filmlərində epizodik rollarda görünüb.Guido Sandra Marilyn Scandal . Arrow Books, 1990. ISBN 978-0-515-10238-3. O, özünün ilk baş rolunu 1948-ci ildə Columbia studiyasının az büdcəli müzikli olan "Xor qadınları" filmində oynayıb.American Film Institute The American Film Institute catalog of motion pictures produced in the United States . University of California Press, 1971. ISBN 978-0-520-21521-4. Bu film Monronun danışdığı, həm də oxuduğu ilk film olub.Merilin Monronun həyat sirləri... 1949-cu ildə o, Marks qardaşlarının "Xoşbəxt məhəbbət" filminin reklam kompaniyasında iştirak etmiş və epizodik rol oynamışdır.Spoto, Donald Marilyn Monroe: The Biography . Cooper Square Press, 2001. ISBN 0-8154-1183-9.
1950-ci ildə "Asfalt cəngəllik" və "Yeva haqqında hər şey" filmləri ekranlara çıxdıqdan sonra, Monro tənqidçilərin diqqətini cəlb edib.Anthony Summers - Goddess: the secret lives of Marilyn Monroe . New American Library , 1986. ISBN 978-0-451-40014-7. Bu epizodik rollardan sonra aktrisa 20th Century Fox kino şirkəti ilə, həftədə 750 dollar məvacib şərti ilə uzunmüddətli müqavilə imzalayıb. Bu müqavilədən sonra Monro ardıcıl olaraq orta səviyyəli komediyalarda "küt sarışın gözəlçə" rolunda çəkilib.Ted Jordan- Norma Jean: my secret life with Marilyn Monroe . W. Morrow , 1989. ISBN 978-0-688-09118-7. 1952-ci ildə o, özünün ilk nuar filmi olan "Qapını döymədən gəlmək olar" filmində baş rolu ifa edib,Ciro Ascione Marilyn Monroe . Gremese Editore, 1996. ISBN 978-88-7605-942-1. sonra isə Keri Qrant və Cincer Rocers ilə birlikdə “Meymun biznesi” komediyasında çəkilib.Randall Riese, Neal Hitchens The Unabridged Marilyn: Her Life from A to Z . Congdon & Weed, 1988. ISBN 978-0-86553-167-3. 1953-cü ildə Monro, Cozef Kotten və Cin Piterslə "Niaqara" nuar filmində çəkilib. Bu rol aktrisanın karyerasında mühüm rol oynayıb. Sonralar aktrisa ardıcıl olaraq Loren Bekoll və Betti Qreybli ilə "Milyonçuya necə ərə getməli?" (1953), Ceyn Rassel və Çarlz Kobern ilə “Centlmenlər sarışınlara üstünlük verir” (1953), Robert Mitçem ilə “Dönülməz çay” (1954) və sonralar çoxsaylı parodiya predmeti olacaq məşhur “ətəkqalxma” səhnəsini canlandırdığı "Yeddinci ilin həvəsi" (1955) filmlərində çəkilib.Shmoop History of Fashion in America: Shmoop US History Guide . Shmoop University Inc, 2011. ISBN 978-1-61062-141-0.
1956-cı ilin "Avtobus dayanacağı" filmində Monro karyerasında ilk dəfə dramatik rolda çıxış edib, bu roluna görə o, tənqidçilər tərəfindən müsbət rəylər alıb.Robert C. Cottrell - Icons of American Popular Culture: From P.T. Barnum to Jennifer Lopez . M.E. Sharpe , 2009. ISBN 978-0-7656-2299-0. 1957-ci ildə Monronun öz şirkəti olan — Marilyn Monroe Productions — baş rollarda özünün və Lourens Olivyenin çəkildiyi "Şahzadə və rəqqasə" romantik filmini istehsal edib. Bu filmə görə aktrisa David di Donatello adına kino mükafatına layiq görülüb.Maurice Zolotow - Marilyn Monroe . Harpercollins , 1990. ISBN 978-0-06-097196-0. Monronun çəkildiyi ən məşhur film və aktrisalıq karyerasının zirvəsi, 1959-cu il istehsalı olan, baş rollarında Cek Lemmon və Toni Körtisin də çəkilmiş olduğu "Bəziləri isti sevir" (sovet prokatında "Cazda yalnız qızlardır") filmi olub.Lena Pepitone, William Stadiem - Marilyn Monroe confidential . Pocket Books , 1980. ISBN 978-0-671-47795-0. Bu filmdə Merilin "I wanna be loved by you" kompozisiyasını ifa edib, tənqidçi Rocer Ebert qeyd edib ki, bu mahnı ekranda seksuallığın himnidir.María Jesús Martilez. - Some Like It Hot: The Blurring of Gender Limits in a Film of the Fifties . Universidad de Zaragoza , 1998. Film aktrisaya "komediya və ya müzikl filmində ən yaxşı qadın roluna görə" nominasiyasında "Qızıl qlobus" mükafatını qazandırıb. Monronun çəkildiyi növbəti iki film, İv Montan və Toni Rendalla "Sevişək" (1960) və Klark Qeybl və Montqomeri Kliftlə “Talesizlər" (1961) nə tamaşaçılar, nə də tənqidçilər tərəfindən uğurla qarşılanmayıb.
Monronun çəkildiyi sonuncu film 1962-ci il istehsalı olan "Nəsə olacaq" filmi olub. Filmin çəkilişləri, istehsalçı studiya və aktrisa arasında münasibətlərin kəsilməsi ilə yekunlaşıb.Wilkerson Tichi, Marcia Borie Hollywood legends: the golden years of the Hollywood reporter . Tale Weaver Publishing, 1988. Film 1963-cü ildə Monronun faciəli ölümündən sonra, baş rolları Doris Dey və Ceyms Harner ifa etməklə tamamilə yenidən çəkilib. 2001-ci ildə əvvəllər çəkilmiş material əsasında Monronun ad gününə hazırlanmış 37 dəqiqəlik kinolent montaj edilib.Vogel, Michelle. Marilyn Monroe: Her Films, Her Life / Michelle Vogel; foreword by George Chakiris. — McFarland. — P. 171. — 220 p. — ISBN 978-0-7864-7086-0.
Filmoqrafiya Aşağıdakı siyahıda Monronun aktrisa kimi ekranda göründüyü, rəsmi buraxılmış 28 filmdən ibarət filmoqrafiyası təqdim olunub. Siyahı Amerika Film İnstitutunun kataloqu üzrə tərtib olunub. Siyahıda ardıcıllıq filmlərin premyera tarixinə görədir. İl Azərbaycanca adı Orijinal adı Rol Rejissor Tərəf-müqabili Janrvaxt Şərhlər1948Təhlükəli illərDangerous YearsİviArtur PirsonBilli Helop, Skotti BekettFoxdram62 dəq.Titrlərdə göstərilməyib.1949Xor qadınlarıLadies of the ChorusPeqqi MartinFil KarlsonAdel Cerqens, Rend BruksCPmüzikl61 dəq.Kinoda ilk baş rolu..1950Xoşbəxt məhəbbətLove HappyQrunionun müştərisiDevid MillerXarpo Marks, Çiko Marks, Qrauço MarksUAkomediya85 dəq.1950Tomahavka biletA Ticket to TomahawkKlaraRiçard SeylDen Deyli,Enn BaksterFoxvestern90 dəq.Titrlərdə göstərilməyib.1950Sağ xaçRight CrossDusky LedouxCon StyorgesCun Ellison,Dik PauellMGMdram90 dəq.Titrlərdə göstərilməyib.1950Odlu kürəThe FireballPolliTey HarnettMikki Runi,Pet O’BrayenFoxİdman filmi90 dəq.1950Asfalt cəngəllikThe Asphalt JungleAncela FinleyCon HyustonHeyden Sterlinq,Cin HeqenMGMnuar filmi112 dəq.Filmdə epizodik rol oynamışdır, lakin filmin VHS və DVD buraxılışlarının üz qabığlarında hər zaman, sanki filmin əsas qəhrəmanıymış kimi görsədilmişdir.1950Yeva haqqında hər şeyAll About EveMiss KazuellCozef Leo MankeviçBett Deyvis,Enn BaksterFoxtraqokomediya138 dəq.1951Doğma şəhərin həyatındanHome Town Storyİris MartinArtur PirsonCeffri Linn,Donald KrispMGMdram61 dəq.1951Bundan gənc olmaq mümkün deyilAs Young as You FeelHarrietHarmon ConsMonti Vulli,Telma RitterFoxkomediya77 dəq.1951Məhəbbət yuvasıLove NestRoberta "Bobbi" StivensCozef NyumanCun Hever,Uilyam LandiqenFoxkomediya84 dəq.1951Gəl bunu qanuni edəkLet’s Make It LegalCoys MannerinqRiçard SeylKlodett Kolber,MakDonald KeriFoxkomediya77 dəq.1952Gecə qarşıdurmasıClash by NightPeqqiFrits LanqBarbara Stenvik,Pol DuqlasRKOdram105 dəq.1952Biz evli deyilik!We’re Not MarriedAnnabel Couns NorrisEdmund QoldinqCincer Rocers,Fred AllenFoxkomediya86 dəq.1952Qapını döymədən gəlmək olarDon’t Bother to KnockNell ForbsRoy Uord BeykerRiçard Uidmark,Enn BenkroftFoxdram76 dəq.İlk nuar filmi.1952Hindlilərin başçısı və başqaları…O. Henry’s Full HouseFahişə ("Firon və xoral")Henri KosterÇarlz Louton, Devid VeynFoxkinoalmanax117 dəq.Epizodik rol.1952Meymun biznesiMonkey BusinessMiss Louis LorelHovard HouksKeri Qrant, Cincer RocersFoxkomediya97 dəq.1953NiaqaraNiagaraRouz LumisHenri HeteueyCozef Kotten, Cin PitersFoxtriller92 dəq.Film Monronu super-ulduz səviyyəsinə yüksəltdi.1953Centlmenlər sarışınlara üstünlük verirGentlemen Prefer BlondesLoreley LiHovard HouksCeyn Rassell, Çarlz KobyörnFoxmüziklkomediya91 dəq.1953Milyonçuya necə ərə getməli?How to Marry a MillionairePola DebevuazJan NequleskoLoren Bekoll, Betti QreyblFoxkomediya95 dəq.1954Dönülməz çayRiver of No ReturnKey VestonOtto PreminqerRobert Mitçem, Tommi RettiqFoxvestern91 dəq.Monronun filmdə çəkildiyi üç cüt cins, sonralar 42 550 dollara, şalvarlar isə 4 100 funt sterlinqə satılıb.De La Hoz, Cindy - Marilyn Monroe: Platinum Fox . ISBN 0-7624-3133-4.1954Şou-biznesdən daha yaxşı biznes yoxdurThere’s No Business Like Show BusinessViki Hoffman / Viki ParkerVolter LenqEtel Merman, Den DeyliFoxmüzikl117 dəq.1955Yeddinci ilin həvəsiThe Seven Year ItchQızBilli UaylderTom Yuell, Evelin KeysFoxkomediya105 dəq.Monronun ağ paltarının küləkdə yelləndiyi və məşhur “ətəkqalxma” səhnəsinin canlandığı film.Ən yaxşı qadın roluna görə BAFTA mükafatına nominasiya.1956Avtobus dayanacağıBus StopŞeriCoşua LoqanDon Mürrey, Betti FildFoxkomediyadram96 dəq.Ən yaxşı qadın roluna görə Qızıl Qlobus Mükafatına nominasiya.1957Şahzadə və rəqqasəThe Prince and the ShowgirlElsi MarinaLourens OlivyeLourens Olivye,Sibil TorndaykWBkomediya115 dəq.Monronun özünün kinokompaniyası olan — Marilyn Monroe Productions-ın yeganə filmi. Filmdəki roluna görə David di Donatello adına kino mükafata layiq görülüb.Ən yaxşı qadın roluna görə BAFTA mükafatına nominasiya.1959Bəziləri isti sevirSome Like It HotGözəlçə (Dana Kovalçik)Billi UaylderToni Körtis, Cek LemmonUAkomediya120 dəq.Monronun iştirakı ilə çəkilmiş ən məşhur filmlərdən biri.Komediya və ya müzikl filmində ən yaxşı qadın aktrisa kateqoriyasında "Qızıl qlobus" mükafatı.1960SevişəkLet’s Make LoveAmanda DellCorc Kyukorİv Montan,Toni RendallFoxkomediya119 dəq.1961TalesizlərThe MisfitsRozlin TaberCon HyustonKlark Qeybl, Montqomeri KliftUAdram124 dəq.Monronun iştirakı ilə başa çatdırılmış sonuncu film.James Goode - The Making of "The Misfits" . New York, Limelight Editions , 1986. ISBN 0-87910-065-6.
Mübahisəli filmlər Bəzi məlumatlara görə, Merilin Monro kinoda fəaliyyətə başladığı dönəmdə bir neçə filmdə epizodik rollarda çəkilib, lakin onun bu filmlərdə iştirakı hələ də şübhə altında olaraq qalmaqdadır. Bütün mübahisəli filmlərdə o titrlərdə göstərilməyib. Aktrisanın filmoqrafiyasına birinci film kimi "Qalmaqallı miss Pilqrim" filmini aid edirlər, lakin heç kim filmin kadrlarında onu tapa bilməyib. Avstraliyalı kino tarixçisi Mişel Foqel bildirib ki: "ola bilsin kadr arxasında eşidilən səs Merilinə məxsusdur, ya da onunla olan səhnə filmin yekun versiyasından çıxarılıb". Amerikalı bioqraf Rendi Taraborelli yazıb ki, Monro 1948-ci ildə çəkilmiş "Sən mənim üçün nəzərdə tutulmuşdun" və "Vayominqin yaşıl otu" filmlərində epizodik olaraq görünüb.Randy Taraborrelli The Secret Life of Marilyn Monroe . eBook ed, 2009. ISBN 0446550957. Həmin ildə çəkilmiş "Skudda Hu! Skudda Hey!" filmində isə aktrisa iki epizodda görünür. Filmin əvvəlində o, "Hi Rud!" sözlərini deyir, sonra isə qayıqla olan səhnədə görünür. Bu film çəkilişlərin bitməsindən bir neçə ay sonra kinoteatrlarda nümayiş olunmağa başlayıb və güman ki Monronun iştirakı ilə olan epizodlar filmdən çıxarılıb. Yazıçı Donald Spoto yazır ki, məhz bu üç filmdən sonra o, nəhayət özünün ilk mühüm rolunu almış və "Təhlükəli illər" filmində çəkilmişdir. Hər halda yazıçı Sara Çerçvell bu şayiələri təkzib edərək bildirib ki, Monronun həyatını araşdıran insanlarda bu filmlər haqqında sübutlar yoxdur; yazıçı eyni zamanda Monronun guya gənc yaşlarında pornoqrafik filmlərdə çəkildiyi barəsində olan şayiələri də təkzib edib.Sarah Churchwell The Many Lives of Marilyn Monroe . Henry Holt and Company, 2005. ISBN 1466825944
İstinadlar
Ədəbiyyat Michael Conway und Mark Ricci: Marilyn Monroe und ihre Filme (Citadel-Filmbücher). Goldmann, München 1980, ISBN 3-442-10208-1. Donald Spoto: Marilyn Monroe. Die Biographie. Wilhelm Heyne Verlag, München 1994, ISBN 3-453-08276-1. Maurice Zolotow: Marilyn Monroe. Harcourt, Brace & Company, New York 1960, Library of Congres Catalog Card Number 60-10934.
Xarici keçidlər
Allmovie entry for Marilyn Monroe
Kateqoriya:Merilin Monro Merilin Monro