150px|thumb|right|Luvilərin Anadoludakı yerləşdikləri bölgə
Luvilər — E.ə. 2300-cü illərdə Anadoluda tanınan bir xalq. Luvilər Luvi dilində danışdıqları bəllidir. Luvi dili Hind-Avropa dil qrupuna daxil olduğu müəyyən edilmişdir.Encyclopedia Dünya Tarihi Ansiklopedisi, (İngilizce), s.37, Peter N. Stearns ve William Leonard Langer. Anadolu torpaqlarının Xetlərdən öncəki tarixi hələlik tam müəyyən edilməmişdir. 1906-cı ildə Xetlərin paytaxtı Xattuşaşda tapılmış mixi yazıların oxunması ilə Anadoluda Yunan köçündən çox əvvəl buranın yerli xalqı olan Luvilərin yaşadığı müəyyən edilmişdir. Xetlərin mixi yazılarında bu xalqdan Luvian/Luvili olaraq bəhs edilir. Xet dövlətinin süqutundan sonra Xetlərin dili unudulmağa başlamış, Luvilərin dili isə bir az dəyişiklikliyə məruz qalaraq yaşamaqda davam edirdi. Xetlərin yazılarında Luvilərdən bəhs edərkən, Xetlərin Luvilərə ikinci sinif insanlar kimi münasibət bəslədiyi aydınlaşır.Luviler: Anadolu'nun Gizemli Halkı, Kalkedon Xetlərin Anadoluya hakimliyi dönəmində hər zaman ona qarşı üsyanlara rəhbərlik edən Luvi şəhər dövlətlərindən Arzava Xetlərin əsas düşmənlərindən biri idi. Bundan başqa digər şəhər dövlətlərdə (Hapalla, Mira, Şeva, Kizuvatna, Tarhuntaşa, Viluşa) bəzən xetlərə tabe olur, bəzən isə müstəqilləşirdilər.
Həmçinin bax Luvi Krallığı Luvi dili Likiyalılar Xetlər
İstinadlar
Kateqoriya:Qədim Anadolu
Kateqoriya:Hind-Avropa xalqları Kateqoriya:Tarixi Asiya xalqları Kateqoriya:Yaxın Şərqin qədim xalqları