Meyson () — ABŞ-nin Nyu-Hempşir ştatının Hilsboro qraflığında yerləşən şəhər. 2010-cu ilin siyahıalmasına görə şəhərin əhalisi 1.382 nəfərdir.United States Census Bureau, American FactFinder , 2010 Census figures. Retrieved March 23, 2011. Uilton şəhəri ilə birlikdə Russel-Abbot Ştat Meşəsinə ev sahibliyi edir.

Tarixi

Meyson şəhəri ilk öncə Nambe Van kimi tanınmışdır. Müstəmləkəçi Benninq Vertuortun qardaşı oğlu Con Ventuort şəhərə Nyu-Hempşir ştatının qurucusu Kapitan Con Meysonun adını vermişdir. Kapitan Con Meyson tərəfindən həmçinin Qrinvil yaşayış məntəqəsi də yaradılmışdır.

Şəhərin yaxınlığında məşhur personaj olan Sem dayının yaradılmasında ilham mənbəyi rolunu oynadığına inanılan Sem Uilsonun evi yerləşir. Bu xüsusi mülk şəhərin simvolu sayılır. Şəhərin tanınmış digər şəxsi isə "Budaqcıq" ləqəbi ilə tanınan yazıçı və müəllim Elizabet Orton Consdur. 1759-cu ildə Elizabet Blud tərəfindən tikilmiş taxta Pikiti sarayı Consun 1948-ci ildə yazdığı Qırmızı papaq nağılının versiyasında model olmuşdur.

Coğrafiya

ABŞ əhalinin siyahıya alınması bürosuna görə şəhərin sahəsi 62,2 km2-dir. Şəhər sahəsinin yalnız 0,25 %-ni su sahəsi təşkil edir.

İstinadlar

Xarici keçidlər Town of Mason official website Mason Police Department Unofficial town website Mason Public Library Mason Grapevine Newsletter

Kateqoriya:Nyu-Hempşir