Ermənistan eyrenisi () — Suilanı fəsiləsinə aid ilan növü.

Qısa məlumat Yetkin ilanların uzunluğu 49 sm-dir. Bədəninin müxtəlif nahiyələrində rənglər fərqlidir. Yuxarı hissə zeytuni-boz, balı-qırmızı, bəzən isə demək olar ki qaradır. Bədənin ortanahiyyəsində 17 pulcuq vardır.

Əsasən Cücülər, Hörümçəklər və digər Onurğasızlarla qidalanırlar.

Ov zamanı başını geriyə çəkərək, ağzını geniş açaraq şikarını cəld şəkildə tutur və onu dərhal udur.

Yayılması Bu növə Cənubi Qafqazda, cənub-qərbi və cənub-şərqi Azərbaycan, cənubi Ermənistan, şərqi Türkiyə, qərbi İran və şərqi İraq ərazilərində rast gəlinir.

İstinadlar

Mənbə Ermənistan eyrenisinin şəkilləri Ermənistan eyrenisinin şəkilləri

Kateqoriya:Eyrenislər Kateqoriya:1892-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya sürünənləri