Ceremi Bernard Korbin (; ) — Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri."Government and Opposition roles" . UK Parliament. Retrieved on 22 September 2015. Özünü demokratik sosialist sayır.
Siyasəti və baxışları
Milli və konstitusiya məsələləri Korbinin şəxsi istəyi Britaniyanın respublika olmasıdır. Lakin, o deyib ki, monarx ailəsinin populyarlığı nəzərə alaraq, "bu mənim vuruşduğum döyüş deyil".
İqtisadiyyat Korbin British Rail və enerji şirkətlərin kimi ictimai infrastrukturunun yenidən milliləşdirməsinin tərəfdarıdır.
Xarici siyasət Korbin özünü tam pasifist saymır. Onun sözlərinə görə, İspaniya vətəndaş müharibəsi, Britaniya qul alverçiliyi durdurmaq üçün törətdiyi blokadası və BMT-nin 1999-cu ilin Şərqi Timordaki konfliktdəki rolu haqq qazandırıla bilən konfliklər olduğunu deyib. Halbuki, müharibə və zorakılığa müqavimət "həyatının tam mənasıdır". O, 2003-cü ilin İraq müdaxiləyə, Əfqanıstan müharibəsinə, 2011-ci ilin Liviyaya müdaxiləyə,"Jeremy Corbyn: Libya and the suspicious rush to war ". The Guardian. 21 March 2011. Suriyada Əsədə qarşı hücumlara və DAİŞ-ə qarşı hərbi hərəkətlərə qarşı çıxırdı və Stop the War Coalition hərəkətinin sədri olmuş. Korbin Britaniyanın Səudiyyə Ərəbistanı ilə əlaqələri və Səudiyyə Ərəbistanı tərəfindən aparılan Yəmən müdaxiləyi təndiq edirdi."Labour seeks details of UK role in Saudi-led airstrikes on Yemen ". The Guardian. 27 January 2016. O, Toni Blerı İraq müharibəsi zamanı iddia edilən hərbi cinayətlərinə görə araşdırmağa cağırıb."Jeremy Corbyn 'still prepared to call for Tony Blair war crimes investigation' ", The Independent, 23 may 2016.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı Rəsmi YouTube kanalı Guardian-da məqalələri
Kateqoriya:İngiltərə siyasətçiləri Kateqoriya:Britaniya sosialistləri Kateqoriya:Kişi feministlər