Bakı cuzğunu, və ya Petunkin cuzğunu () — bioloji növ olaraq İkiləpəlilər tipinə aid olan və Cuzqun cinsinə daxildir. Bitki ilkdəfə olaraq rus botaniki Dmitri İvanoviç Litvinov tərəfindən 1922-ci ildə qeydə alınmışdır.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab(i,ii,iii, iv,v)+2ab (i,ii, iii, iv, v). Azərbaycanın nadir, prioritet endemik növüdür.Флора Азербайджана, 1952 Azərbaycan SSR-in Qırmızı kitabı 1989
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Hündürlüyü 1,5 m olan kol bitkisi. Yaşlı gövdəsinin qabığında çatlar əmələ gəlir. Gövdəsinin rəngi bozumtul-qara, zoğları buğumlu, yarpaqları olduqca balacadır. sapvari quruluşa malik olub əl vurduqda asanlıqla belə tökülə bilir. Zoğları buğumludur. Buğumlar arasında məsafə 30 sm-ə qədərdir. Buğumarası hissələrin uzunlğu 2-3 sm-dir. Yarpaqları iynəşəkilli formaya malikdir. Uzunluqları 2-4 mm-dir. Çiçəkləri müxtəlif rəngli, 2-5-ə qədər topa halında qeyri-bərabər boylu çiçək saplaqları üzərində yerləşir.Özünəməxsus iyə malikdir. Çiçəkyanlığı üzvlərinin uzunluğu 3 mm-dir. Tozluqları çəhrayıdır. Meyvələri oval və ya uzunsov formalıdır. Uzunluğu 10-15 mm, eni 9-13 mm olan tükcüklərlə örtülüdür. May-iyun aylarında çiçəkləyir və tez də meyvə verirlər. Əsasən dənizkənarı sahələrdə qumluq ərazilərdə çox nadir hallarda tək-tək rast gəlinir.
Yayılması və xüsusiyyətləri Azərbaycanın endemik bitkisidir. Əsasən Abşeron yarımadasında yayılmışdır. Xüsusi ilə onlara Qobustan, Mərdəkən, Şüvəlan qəsəbələri ətrafında, Sumqayıt çayının vadisində, Sumqayıt şəhərinin dəmir yolu boyunca ərazilərində rast gəlmək olur.
Yarpağını tökən kol bitkisidir. Yarpaqları gözə dəymir, sadə olmaqla yanaşı gövdə boyunca düzülmüşdür Çiçəyi altı ləçəklidir. Meyvələri fındığa bənzərdir. Dənizkənarı qumlu sahələr və daşlı yamaclarda bitir.
Sayı və tendensiyası Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir.
Məhdudlaşdırıcı amillər Antropogen amillər (infrastrukturun inkişafı, sahilboyu ərazilərin tikintisi), areallarının çiçərlik və istirahət mərkəzləri kimi mənimsənilməsi. Bəzi ərazilərin həyat yanı sahələrə çevrilməsi ilə lazımsız bitki kimi çıxarılıb atılması.
Mühafizə tədbirləri Abşerondakı lokalitetlərin hamısının ixtisar olunmadan nəzarətə götürülməsi, Nəbatət bağları, Dendropark və ya ekoparkların rezervasiyası, çilinglə çoxaldılması təklif olunur.
Əhəmiyyəti və qorunması Bu bitkidən yem və texniki məqsədlər üçün istifadə edilirdi.
1978-ci ildən SSRİ-nin Qırmızı Kitabına daxil edilmişdir. Sonra isə 1989-ci ildən isə Azərbaycanın Qırmızı Kitabına daxil edilir. Növün sinonimi- Calligonum petunnikowii (Litv.)
İstinadlar Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh. http://dendrologiya.az/?page_id=112 İstinadlar
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov
Ədəbiyyat Calligonum bakuense Litv. Schedae ad Herbarium Florae Rossicae 7: 7. 1922. (Sched. Herb. Fl. Ross.)
Kateqoriya:Azərbaycanın endemik florası Kateqoriya:1922-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Avrasiya florası