Emil Əfrasiyab oğlu Məmmədov () — pianoçu, bəstəkar və musiqi prodüseri, ifa edtiyi janr caz, Klassik musiqi, Gospel , Azərbaycan Respublikasının əməkdar artisti 2011.
Həyatı Emil Əfrasiyab oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk dəfə üç yaşında pianoda ilk uşaq melodiyasını ifa etmiş, caz musiqisinə 13 yaşından maraq göstərmişdir. 2000–2006-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində (professor Fərhad Bədəlbəylinin sinfi), eləcə də ABŞ-nin Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil almışdır. Müxtəlif janrlarda sintez xarakterli improvizasiyaların ifaçısıdır. Dünyanın müxtəlif ölkələrində (Almaniya, İngiltərə, Fransa, Bolqarıstan, Macarıstan, Kuba, Meksika, Çin və s.) Azərbaycan musiqisini təmsil etmişdir. O, bir çox müsabiqələrin, o cümlədən 2011-ci ildə İsveçrədə beynəlxalq Montre caz pianoçuları müsabiqəsinin finalında çıxış edərək "Tamaşaçı rəğbəti" diplomuna layiq görülmüşdür. 2002, 2003 və 2004-ci illərdə Bakıda keçirilmiş "Caspian Jazz and Blues" caz festivallarında uğurla çıxış etmişdir. 2012-ci ildə Fransa kino xadimləri tərəfindən çəkilən "Aleksandr Düma Azərbaycanda" sənədli filminin musiqisini yazmağı fransız aktyoru Jerar Depardye Emil Əfrasiyaba təklif etmişdir.
Təhsili 1989-2000-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 2000–2006-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində (professor Fərhad Bədəlbəylinin sinfini bitirib. 2012-ci ildə Bostona yola düşərək, Berkli Kollecində Məktəbində təhsilini davam etdirir və 2020 oranı bitirir. O, iki ixtisas (caz bəstəkarlığı və ifaçılıq) üzrə dərs alıb. Xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyət Festivallarının fəalıdır.
Fəaliyyəti 2004-2011 - Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Gəngi” ansamblın direktoru
2014-ci ildə ABŞ-nin ən yaxşı musiqi kolleclərindən biri olan Berklee Musiqi Kollecində təhsil alan azərbaycanlı pianoçu Emil Əfrasiyab əlavə kollec təqaüdü qazanıb. 2015-ci ilin iyul ayln 15-də Festivallar Sarayında (Fransa) daha bir tədbir baş tutmuşdur - “Azərbaycan Musiqisi Gecəsi” . Konsert proqramında tanınmış caz ifaçısı, pianoçu Emil Əfrasiyab və onun qrupunun, eləcə də Azərbaycanın incəsənət ustalarının iştirakı ilə etno-caz parçaları təqdim olunub. 30 may 2020-ci il tarixində Azərbaycan-Amerika Musiqi Fondu (AAMF) Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünü qeyd etmək üçün virtual olaraq toplaşdı.<ref name="aamfusa">
Mükafatları Emil Əfrasiyab Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə 20 dekabr 2011-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
9 may 2024-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları