Hacı Seyid Əbdülhəmid (1795/96, Şəki — ?) — XIX əsr azərbaycanlı tarixçi. Uzun müddət Orta Şərq ölkələrini gəzib və vətənə qayıtdıqdan sonra qazı olub. Təqribən 40 il ərzində Hacı Seyid Əbdülhəmid şəriət məhkəməsinin başçısı vəzifəsini tutub.

Onun XIX əsrin II yarısında Azərbaycan dilində yazılmış müxtəsər "Şəki xanları və onların nəsilləri" əsəri Şəkinin tarixinə həsr edilib. (XV əsrin əvvəlləri — XIX əsrin başlanğıcı) Əlyazma Salman Mümtaz tərəfindən tapılıb. Bu əsərdə Şəki xanlarının nəsil şəcərəsi, Gələrsən-görərsən və Kiş qalaları, İran işğalına qarşı şəkililərin mübarizəsi, xanlıqda daxili vəziyyət və s. haqqında məlumat verilib.Һаҹы Сејид Әбдүлһәмид / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 145. Salnamənin dəqiq yazılma ili məlum deyil. Bakıda 1930-cu ildə çap edilib.Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI - начале XIX вв. — Л., 1949. — С. 62.:

İstinadlar

Ədəbiyyat

Һүсејнзадә Ә. XIX әсрин икинҹи јарысында Азәрбајҹан тарихшүнаслыҹы. Б. 1967. Рустамов С. О дате написания Родословной шекинских ханов и их потомков Гаджи Сеид Абдулгамида. Изв. АН Азерб. ССР (серия общественных наук), 1963, №1.

Həmçinin bax

Kateqoriya:1795-ci ildə doğulanlar Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Şəkidə doğulanlar Kateqoriya:Rusiya imperiyasının tarixçiləri Kateqoriya:XIX əsr tarixçiləri