Soltan İsmayıl oğlu Hacıbəyov () — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor (1964), SSRİ xalq artisti (1973). O, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1948–1956) və direktoru (1955–1962), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1953–1968) və Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1969–1974) vəzifələrində çalışmışdır.
Həyatı thumb|250px|left|Soltan Hacıbəyovun xatirə lövhəsi (Bakı) Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Şuşa şəhərində anadan olmuşdur. 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirdikdən sonra Bakıya köçmüş, 1936-cı ildən etibarən əmisi Üzeyir Hacıbəyovun ailəsində yaşamışdır.
Orta təhsilini tamamladıqdan sonra Bakı Musiqi Texnikumunun truba sinfinə (A. Kolpinskinin sinfi) daxil olmuşdur. 1939-cu ildə texnikumu bitirərək Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, Boris Zeydmanın sinfinə (musiqi nəzəriyyəsi üzrə müəllimi N. Şumakov) qəbul olmuş və 1946-cı ildə oradan məzun olmuşdur. Konservatoriya tələbəsi olduğu illərdə Bakı Musiqili Komediya Teatrının orkestrinə dirijorluq etmişdir.
1940–1942-ci illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Sazçı Qızlar Ansamblına rəhbərlik etmişdir. 1942–1945-ci illərdə isə Bakı Filarmoniyası Orkestrinin bədii rəhbəri (1947-ci ildən isə direktoru) vəzifəsində çalışmışdır. 1948-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1955–1962-ci illərdə direktoru), Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1965-ci ildən professor, 1969-cu ildən isə rektor vəzifəsində fəaliyyət göstərmişdir.
1953-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının (Sov. İKP) üzvü olmuşdur.
Soltan Hacıbəyov 1974-cü il sentyabrın 19-da Bakı şəhərində vəfat etmiş, Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları Stalin mükafatı (II dərəcə) (1952) — M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında "Gülşən" baletinə görə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (26 aprel 1958) "Qırmızı əmək bayrağı" ordeni (9 iyun 1959, 19 may 1969) "Azərbaycan SSR xalq artisti" fəxri adı (24 may 1960) Azərbaycan SSR Dövlət mükafatı (29 sentyabr 1970) — simfonik orkestr üçün konsertə görə "SSRİ xalq artisti" fəxri adı (26 iyul 1973)Bəstəkar S. İ. Hacıbəyova SSRİ xalq artisti fəxri adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 iyul 1973-cü il tarixli Fərmanı — anl.az saytı
Xatirəsi Sumqayıt Musiqi Kolleci və Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki küçələrdən biri Soltan Hacıbəyovun adını daşıyır. Bakıda yaşadığı binanın fasadına xatirə lövhəsi vurulmuşdur. Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi Azərbaycan prezidenti İlham Əliyevin 2019-cu il tarixli sərəncamı ilə dövlət səviyyəsində qeyd edilmişdir. Sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən bəstəkarın yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir.
Nəsil şəcərəsi
Həmçinin bax Karvan (simfonik lövhə) Hacıbəyovlar
İstinadlar
Xarici keçidlər Soltan Hacıbəyovun "Karvan" simfonik poeması Seyran Cavadov — Sarvansız qalan "Karvan" Orkestrin konserti Bəstəkar Soltan Hacıbəyov
Kateqoriya:Hacıbəyovlar
Kateqoriya:XX əsr Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:SSRİ dirijorları Kateqoriya:Azərbaycan dirijorları Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Azərbaycan balet bəstəkarları Kateqoriya:Operetta bəstəkarları Kateqoriya:SSRİ kişi bəstəkarları Kateqoriya:Bakı Musiqi Akademiyasının rektorları Kateqoriya:Şuşa musiqiçiləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktorları Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan musiqi pedaqoqları Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:XX əsr akademik musiqi bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XX əsr Azərbaycan bəstəkarları