Cəfərabad — İrəvan xanlığı, Zəngibasar mahalı İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 13 km şimalda yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.81.

Toponim Cəfər şəxs adı ilə fars dilində «müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan yer» mənasında işlənən abad sözündənAzərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966. s.25 əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.

Əhalisi

İstinadlar

Kateqoriya:Zəngibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri