Əbdurrəhman ibn Əvf (; ) və ya Əbdürrəhman ibn Əvf ibn Abdi-Əvf ibn Hərs ibn Zöhrə ibn Qusay — Məhəmməd peyğəmbərin səhabəsi və sünnilərə görə cənnətlə müjdələnmiş ilk 10 səhabədən biri.

Bioqrafiyası 581-ci ildə Məkkə şəhərində anadan olmuşdur. Atası Əfv mənsub olduğu Zührə ailəsi Qüreyş qəbiləsindəndir. Anasının adı Şifədır. Əsl adı Əbdülkəbə olmuşdur. Əbu Bəkrin dəvəti ilə müsəlman olmuş və müsəlman olduqdan sonra Məhəmməd peyğəmbər adını Əbdurrəhman qoymuşdur.

İslamı qəbul edən ilk 8 səhabədən biridir. İslam Peyğəmbəri tərəfindən cənnətlə müjdələnən 10 səhabədən biridir. Məkkədən müsəlmanlara edilən əziyyətlərdən qurtarmaq və Həbəşistan kralına İslamı izah etmək məqsədilə bir sıra mühacirlə birlikdə Həbəşistana göndərilmişdir. Geri döndükdən sonra Bədr döyüşünə qatıldı. İlk xəlifə Əbu Bəkr ölərkən onu Ömər ibn Xəttabdan sonra 3-cü xəlifə olaraq göstərdi. Ömər ibn Xəttab ölərkən yerinə 7 adamı seçdi və onlardan biri Əbdurrəhman idi. 652-ci ildə Osman ibn Əffanın dövründə 72 yaşında vəfat etdi. Qəbri Levant (Amman, İordaniya) yaxınlığındadır.

İstinadlar

Kateqoriya:Səhabə hədis raviləri Kateqoriya:Bəqi qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Raşidi xilafətindən olanlar Kateqoriya:VII əsr ərəbləri