Qurdqulaq, Boloraberd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğaqnadzor) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.

Tarixi Rayon mərkəzindən 4–5 km məsafədə, Arpaçayın sol qolu olan Qurdqulaq çayının sahilində yerləşir. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Azərbaycan dilində qurd (canavar) və türk dillərində kulak "dərə", "çuxur", "çökək" (bax: Qulaqsız) sözlərindən ibarətdir. XIX əsrdə Kars əyalətində Kürd-kulax dağПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.Симокатта Феофилакт. История. М., 1957. adı ilə mənaca eynidir.

Toponimi Toponim qurt //qurd türk etnoniminəГейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.61 "dərə, təpələr arasında düzənlik, təpə, yüksəklik" mənasında işlənən qulaq (kulak) sözününМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.310–311 birləşməsindən əmələ gəlmişdir. "Qurd tayfasına mənsub dərə, təpə yanındakı kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin 10.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Boloraberd (Qurd qala) qoyulmuşdur. XX əsrin əvvəllərinə aid mənbədə Kürd Kulaq kimidirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.Тревер К.В. Очерки по истории и культуры Кавказской Албании. М. -Л., 1959.1946-cı ildə kənd ermənicə Belorabert adlandırılmışdır.

Əhalisi Kənddə 1873-cü ildə 336 nəfər, 1886-cı ildə 379 nəfər, 1897-ci ildə 470 nəfər, 1904-cü ildə 690 nəfər, 1914-cü ildə 760 nəfər, 1916-cı ildə 581 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93, 162–163. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalmış, sakinləri isə deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra onlar öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 64 nəfər azərbaycanlı, 248 erməni, 1931-ci ildə 66 nəfər azərbaycanlı, 301 erməni yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, daha doğrusu 1923–25-ci illərdə köçürülmüşdür.

İstinadlar

Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri