Paşakənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 12km şimal-qərbdə, Pəmbək dağının ətəyində, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 200

Erməni mənbələrində kəndin adı erməni dilinə kalka edilərək Paşagyuğ (Paşakənd) formasında verilmişdir.Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 18

Toponim Paşa şəxs adı ilə kənd sözünün birləşməsindən əmələ gəlib. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Marmarik qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə 76 nəfər, 1873-cü ildə 268 nəfər, 1886-cı ildə 436 nəfər, 1897-ci ildə 490 nəfər, 1908-ci ildə 673 nəfər, 1914-cü ildə 908 nəfər, 1916-cı ildə 712 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 18–19, 102–103.

1918-ci ilin azərbaycanlılar qırğınlarla qovulmuşlar, kəndə ermənilər köçürülmüşdür. 1919-cu ildə kəndə 380 nəfər erməni yerləşdirilmişdirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 102–103.

İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə ermənilərlə yanaşı kənddə 69 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.18–19, 102–103.

1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Dərəçiçək kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri