Çörək muzeyi () — Almaniyanın Ulm şəhərində yerləşən çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey.
Tarixi Almaniyada, Dunay çayının sahilində yerləşən Ulm şəhərindəki Çörək muzeyi 1955-ci ildən fəaliyyət göstərir.Vüqar Tofiqli. Bərəkətli Çörək muzeyləri . "525-ci qəzet", 2 mart 2011, səh. 6. Dünyada ikinci, bəzi mənbələrdə isə birinci yarandığı göstərilir. Muzeyin adının birinci sırada çəkilməsini onun çörək muzeyləri arasında ilk rəsmi dövlət statusu alması ilə əlaqələndirirlər. Muzeyin yaradılma ideyası şəhər sakini antifaşist Villi Ayzelenə məxsusdur.
Fəaliyyəti thumbnail|250px|1900-cü illərə aid çörək sexinin maketi Hazırda muzey şəxsi olmasına baxmayaraq, qeyri-kommersiya xarakteri daşıyır. Muzeyə giriş pulludur. Əldə olunan gəlirlə maarifləndirmə işi aparılır. Əlavə olaraq kitablar, bukletlər nəşr edilir, eksponatların mühafizəsi həyata keçirilir.
Daxili interyeri İki nümayiş zalından ibarət olan muzeydə, həm də çörək-bulka məmulatlarının bişirilmə texnologiyasna həsr olunmuş zəngin kitabxana da fəaliyyətdədir.
Eksponatları Hazırda muzeydə 18500 eksponat, çörək və çörək məmulatlarının hazırlanma texnogiyaları, çörəkbişirmə ilə bağlı tarixi sənədlər və qədim eksponatlar nümayiş olunur.
Maraqlı fakt Azərbaycandakı Ağdam Çörək muzeyinin yaradılması fikri 1983-cü ildə Ulm Çörək muzeyi haqqında "İzvestiya" qəzetində dərc olunmuş maraqlı məqalədən sonra meydana çıxmışdır.Sultan Laçın. "O vaxt mənə zarafatla "Qarabağın mədəniyyət naziri" deyirdilər…" hafta.az, 13.09.2013
Ədəbiyyat Hermann Eiselen (Hrsg.): Dem Brot zuliebe: 50 Jahre Museum der Brotkultur. Ulm: Vater und Sohn Eiselen-Stiftung, 2005. ISBN 3-00-016638-6. Hermann Eiselen (Hrsg.): Brotkultur. Köln: DuMont Verlag, 1995. ISBN 3–7701-34001. Hermann Eiselen: Die Neuzeit der Bäckerei. Ein Streifzug durch ihre Geschichte von 1860–2005. Bochum: BackMedia Verlagsgesellschaft, 2006. ISBN 3-9808146-2-9. Heinrich Eduard Jacob: Six Thousand Years of Bread. Its Holy and Unholy History. Garden City / New York: Doubleday, Doran and Company, 1944. New York: Lyons & Burford, 1997; Foreword: Lynn Alley. ISBN 1-55821-575-1 / New York: Skyhorse Publishing, 2007; Foreword: Peter Reinhart. ISBN 1-60239-124-6. Heinrich Eduard Jacob: Sechstausend Jahre Brot. Hamburg: Rowohlt Verlag, 1954 (2. Aufl. 1956).
Həmçinin bax Çörək muzeyi (Ağdam)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Almaniya muzeyləri Kateqoriya:Ulm Kateqoriya:1955-ci ildə yarananlar Ulm Kateqoriya:Əlifba sırasına görə muzeylər