Qurdbulaq, Qurdlubulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Kəndin digər adı "Qurdbulaq"dırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur.
Toponimi Kənd Qurdlu bulağın yanında salındığı üçün Qurdlubulaq kəndi adlandırılmışdır. Toponim mənsubluq bildirən -lu şəkilçisi qəbul etmiş "yumşaq bədənli, uzunsov, ayaqsız, sürünərək hərəkət edən heyvan" mənasında işlənən qurd sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "Qurdlu bulaq yanında salınan kənd" mənasını ifadə edir. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Krasar qoyulmuşdur. Bu toponimdə "qurd" sözünün mə'nasını müəyyən etmək çətindir. Onun Azərbaycan dilində qurd (canavar), yaxud qurd (böcək) sözlərindən ibarət olması ehtimsl olunur. Bəlkə də farsca kord "su yığılan çökək yer" sözündəndir.
Əhalisi 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdirBayramov A.Ə. Qədim Oğuz ellərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları Bakı, 1996.Kirzioqlu F. Dede Korkut Oguznameleri. I. Istanbul. 1962..1880-ci ilə qədər azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1879–80-ci illərdə Türkiyədən köçürülmüşdür.
İstinadlar
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri