Astana FK () — Qazaxıstanın paytaxtı Astana şəhərini təmsil edən futbol klubu.

Tarixi "Astana"nın əsası 2009-cu ildə, "Lokomotiv" adıyla qoyulub.Rövnəq Abdullayevin dilini gödək edən klub - Yazı+Fotolar . komanda.az, 27.08.2015 Qazaxıstan Dəmir Yollarının sponsorluq etdiyi klub 2011-ci ildən hazırkı adını daşıyır.

Komanda əsası qoyulduğu il qatıldığı çempionatı 2-ci pillədə başa vurur. Beləliklə ilk qatıldığı çempionatdan avrokuboklara vəsiqə qazansa da, UEFA onların lisenziyasını qəbul etmir və nəticədə "Astana" qitənin ali futbol qurumu tərəfindən üç il müddətinə avrokuboklardan kənarlaşdırılır. Buna görə də, paytaxt təmsilçisi avrokuboklarda debütünü 2013-cü ilədək təxirə salır.

"Astana" avrokuboklarda ilk oyununu Avropa Liqasında Bolqarıstan "Botev"inə qarşı keçirib. "Sarı-göylər"in avrokuboklarda debütü uğursuz alınıb. Belə ki, paytaxt təmsilçisi bolqarlarla ev oyununda 0:1, səfərdə isə 0:5 hesabıyla məğlub olaraq, mübarizəni elə ilk mərhələdəcə dayandırır.

Avropa Liqasına qatıldığı ikinci mövsümdə Ermənistan "Pünik"ini, İsrail "Hapoel"ini və İsveç AİK-ini mübarizədən kənarlaşdıran qazaxlar pley-offda "Vilyarreal" səddinə ilişir.

2015–2016 mövsümündə isə ÇL-in ikinci mərhələsində "Maribor"u, üçüncü mərhələsində HİK-i, pley-offda isə APOEL-i mübarizədən kənarlaşdıraraq tarix yazdılar. Belə ki, "Astana"nın timsalında Qazaxıstan təmsilçisi ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmışdır.

Stadionu Klub ev oyunlarını 2009-cu ildə açılmış, tikintisinə 185 milyon dollar xərc çəkilmiş 30 min yerlik "Astana Arena"da keçirir.

Rəhbərliyi Klubun prezidenti Sayat Xamitcanov, baş məşqçisi isə bolqar Stanimir Stoylovdur.

Uğurları "Astana" bir dəfə Qazaxıstan çempionu olmaqla yanaşı, iki dəfə də ölkə kubokuna sahib çıxıb.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Qazaxıstan futbol klubları Kateqoriya:2009-cu ildə yarananlar Kateqoriya:1 yanvarda yarananlar Kateqoriya:Astanada idman