Larisa Məmmədova (tam adı: Larisa Fərman qızı Məmmədova; ) — Qara Yanvar şəhidi və məktəb şagirdi. O, 20 yanvar faciəsinin az yaşlı şəhidlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixli fərmanı ilə Larisa Məmmədova və digər 146 şəhidə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.
Həyatı thumb|left|200px|Məmmədovlar ailəsi: Fərman Məmmədov, Larisa Məmmədova və Qalina Məmmədova
Larisa Məmmədova 1977-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olmuşdur.
Ölümü 1990-cı ilin 19 yanvardan 20 yanvara bağlayan gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə atasının işlədiyi L. Şmidt adına zavoda getmişdir. L. Şmidt adına zavodun yanında İkarus avtobusunda oturduqları yerdə maşın gülləbaran edilmiş, Larisa ürək nahiyəsindən güllə yarası almış, yerindəcə həlak olmuşdur. Atası Fərman Məmmədov ağır yaralanmışdır.
1990-cı ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Ailəsi Larisanın ailəsi beş nəfərdən ibarəti idi və onun Emil adlı qardaşı, Nərminə adlı bacısı vardı.
Larisa Məmmədovanın atası Fərman Məmmədov Hamlet Talıbovun ardından 19 noyabr 2020-ci ilədək Azərbaycan Vətənpərvərlər Partiyasının sədri olmuşdur. Həmin tarixdə isə sədrliyi Elvin Mahmudzadəyə həvalə etmişdir.
İrsi Larisa Məmmədovanın adına Bakı şəhərində küçə yerləşir. Azərbaycanın şairi Bəxtiyar Vahabzadə Larisa ilə bağlı "On üç yaşlı körpə bala" şeirini yazmışdır:
Həmçinin bax "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı
İstinadlar
Xarici keçidlər Larisa Məmmədovanın anası: "Açdım, ayaqqabısının içində şüşələr. Ürəyindən qan gəlirdi"
Kateqoriya:Qara Yanvar faciəsində həlak olanlar