Xatia Buniatişvili () — gürcü pianoçu.

Bioqrafiya 21 iyun 1987-ci ildə Tbilisi şəhərində anadan olub.

Üç yaşı olarkən anasının rəhbərliyi altında böyük bacısı ilə birlikdə pianoda ifa etməyi öyrənməyə başlayıb. Altı yaşında olarkən kamera orkestri ilə Tbilisidə ilk konsertini verib. On yaşında Lüksemburq, Monako, İtaliya, Avstriya, Danimarka, Rusiya, Ukrayna, Ermənistan, İsrail, ABŞ, Fransa, Almaniya, Belçika, Niderland, İsveçrədə konsertlərlə çıxış etməyə dəvət olunub.

Buniatişvili Tbilisi orta musiqi məktəbini bitirib. 2004-cü ildə Tbilisi dövlət konservatoriyasına daxil olub. Təhsilini Tengiz Amirecibinin rəhbərliyi altında alıb. Xatiya 2003-cü ildə konservatoriyanın tələbəsi olarkən, Kiyevdə gənc pianoçuların Beynəlxalq müsabiqəsində Horoviç adına, həmçinin Yelizaveta Leonskayanın təsisçisi olduğu, birinci gənc gürcü musiqiçilərinə dəstək müsabiqəsində xüsusi mükafat alıb.

2010-cu ildə Xatiya Borletti-Buitoni Trust Award mükafatının laureatı olub, 2012-ci ildə isə Echo Awards Klassik - ilin ən yaxşı debütantı adına layiq görülmüşdür.

Xatia Buniatişvili beş dildə sərbəst danışa bilir, hazırda Fransanın paytaxtı olan Paris şəhərində yaşayır.

İstinadlar

Xarici keçidlər Xatia Buniatişvilinin rəsmi saytı Rəsmi Facebook səhifəsi Biographie, Debüt-CD und Photos der Pianistin in cosmopolis.ch

Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Gürcüstan musiqiçiləri Kateqoriya:Gürcüstan pianoçuları Kateqoriya:Gürcüstanın Dövlət mükafatı laureatları Kateqoriya:Qadın pianoçular