Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.

Tarixi

Aşağı Darğalı Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.100, Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.75 qeyd edilmişdir.

Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünəAzərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.36 mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.

Yuxarı Darğalı 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır.

Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mənasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçinin qoşulması yolu ilə əmələ gəlmişdir. "Yuxarı" fərqləndirici əlamət bildirən sözdür. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi

Aşağı Darğalı Burada tarixən, 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Kəndə ermənilər 1828–30-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdürHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.226.

Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 125 nəfər, 1873-cü ildə 22 nəfər, 1886-cı ildə 36 nəfər, 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.48–49, 128–129.

1918-ci ildə azərbaycanlılar soyqırımına mə'ruz qaralaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Yuxarı Darğalı Kənddə 1897-ci il ddə 35 nəfər, 1926-cı ildə 4 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.67, 128–129.

İstinadlar

Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri