Dəliqardaş, Saruxan () — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 7 km cənubda, Kəvər çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.55, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.74 qeyd edilmişdir.

Toponim qədim türk tayfalarından biri olan tele (>dəli) etnoniminəQumilyev L.N. Qədim türklər (tərcümə edənlər: V.Quliyev, V.Həbiboğlu), Bakı, «Gənclik», 1993. s.21,25 qardaş sözünün artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kəndin adı 1920-ci ildə dəyişdirilib Saruxan qoyulmuşdur.

Əhalisi 1828 -1830 - cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdirШопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598.

1897-ci ildə kənddə ermənilərlə yanaşı 15 nəfər azərbaycanlı da yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.70-71.

XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə kənddə yaşayan azərbaycanlılar tamamilə qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Göyçə kəndləri