Aşağı Gözəldərə, Vardenik — İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 13 km şimalda, Gözəldərə çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.58 qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə "Kiçikli kimi də tanınan Aşağı Gözəldərə kəndi" kimi qeyd olunmuşdur. 1828-1832-ci illərdə kənddə çar Rusiyası tərəfindən İrandan və Türkiyədən köçürülən ermənilər də məskunlaşdırılmışdır. 1918-ci ildə azərbaycanlılar kənddən qovulmuşdur.

Toponim fərqləndirici əlamət bildirən «aşağı» sözü ilə gözəl və dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinnin 7.XII.1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Vardenik qoyulmuşdur.

Əhalisi 1828-ci ilə qədər burada yalnız azərbaycanlı yaşamışdır. Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra, 1828-30-cu illərdə Türkiyədən köçürülüb yerləşdirilmişdirШопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595-598. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.66-67.

XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə ermənilərin təcavüzünə mə'ruz qalan azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Mənbə B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998.

İstinadlar

Kateqoriya:Göyçə kəndləri