Valentin Demyanenko () — 2004–2007-ci illərdə Ukraynanı, 2008–2016-cı illərdə isə Azərbaycanı təmsil edən kanoeçi.
Valentin Demyanenko 2012-ci ildə Londonda (Birləşmiş Krallıq) və 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) baş tutan Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib. Bununla da o, bu idman növü üzrə turnirlərdə Azərbaycanı təmsil edən birinci idmançı olub. 2016-cı il Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib olan Valentin Demyanenko bu idman növü üzrə bütün zamanların ən titullu Azərbaycan idmançısı hesab olunur.
Karyerası ərzində Valentin Demyanenko dörd dəfə Dünya Çempionatlarının qızıl medallarına sahib olub — 2005, 2009, 2011 və 2013-cü illərdə.
Həyatı Valentin Demyanenko 1983-cü il oktyabrın 23-də Çerkası şəhərində anadan olub. 1995-ci ildə idmanla məşğul olmağa başladı. Şəxsi məşqçisi Anatolu Dudnidir.
Karyerası 2005-ci il: 21 yaşında Xorvatiyada Dünya çempionluğu 21 yaşlı Valentin Demyanenkonun beynəlxalq səviyyədə birinci nüfuzlu turniri 28–31 iyulda Polşanın Poznan şəhərində baş tutan Avropa Çempionatı oldu. C1–200 turnirinin final mərhələsində Valentin Demyanenko 40.226 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında sadəcə Rusiya nümayəndəsi Maxim Opalevdən 0.102 saniyə geri qalaraq Avropa Çempionatını gümüş medalla başa vurdu.
Daha sonra Valentin Demyanenko 2005-ci ilin 25–28 avqustunda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Bu turnirdə o, C1–200 və C1–500 turnirində çıxış etdi. C1–200 turnirinin təsnifat mərhələsinin "D" qrupunda mübarizə aparan Valentin Demyanenko 40.126 saniyə nəticə göstərdi və qrupu doqquz idmançı sırasında birinci pillədə başa vuraraq yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələnin "B" qrupunda mübarizə aparan Valentin Demyanenko 40.128 saniyə nəticə göstərdi və turnirin final mərhələsinə vəsiqə qazandı. Avqustun 28-də baş tutan final mərhələsində isə Valentin Demyanenko 38.264 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillənin sahibi olaraq Dünya Çempionatının qalibi oldu.
C1–500 turnirində isə Valentin Demyanenko uğursuz çıxış etdi. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Valentin Demyanenko 1:55.006 dəqiqə nəticə göstərdi və qrupu üçüncü pillədə başa vurdu. Bununla da o, yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələnin "D" qrupunda 1:48.320 dəqiqə nəticə göstərən Valentin Demyanenko turnirin final mərhələsinə vəsiqə qazandı. Avqustun 28-də baş tutan final mərhələsi Valentin Demyanenko uğursuz oldu. Valentin Demyanenko 1:48.808 dəqiqə nəticə göstərdi və mərhələni doqquz idmançı sırasında dördüncü pillədə başa vurdu. Ona bürünc medala sahib olması üçün cəmi 0.200 saniyə çatmadı.
2006-cı il: Macarıstanda Dünya çempionu titulunu qoruya bilməməsi 2006-cı ilin əsas turniri 16–20 avqustda Macarıstanın Seqed şəhərində baş tutan Dünya Çempionatı oldu. Valentin Demyanenko bu səfər Dünya Çempionatında sadəcə C1–200 turnirində mübarizə apardı. Keçən il həmin turnirin qalibi olan Valentin Demyanenko bu səfər də qızıl medala iddialı idi. Təsnifat mərhələsinin "A" qrupunda çıxış edən Valentin Demyanenko 40.296 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillənin sahibi olaraq birbaşa final mərhələsinə vəsiqə qazandı. Avqustun 20-də gərgin idman mübarizəsi şəraitində baş tutan final mərhələsində isə Valentin Demyanenko 30.136 saniyə nəticə göstərdi. Nəticədə o, birinci pillədə qərarlaşan Rusiya nümayəndəsi Nicolai Lipcindən 0.348 saniyə geri qaldı və Dünya Çempionatını gümüş medalla başa vurdu.
2007-ci il: Yuri Çebanla rəqabət və Azərbaycana gəlişi Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən 2008-ci ildə baş tutacq XXIX Yay Olimpiya Oyunlarının proqramına sadəcə C1–500 turniri salındı. Komandanın "bir nömrəsi" C1–200 turnirlərində Valentin Demyanenko, С1–500 turnirlərində isə Yuri Çeban hesab olunurdu. Olimpiada da mübarizə aparmağı qarşısına məqsəd qoyan Valentin Demyanenko Yuri Çebanla rəqabətə başladı. Nəticədə isə C1–500 turnirində 2007-ci il Dünya Çempionatının qalibi Yuri Çeban oldu və olimpiya lisenziyasına sahib oldu. 2007-ci ilin sonlarında isə Valentin Demyanenko Azərbaycan vətəndaşlığını qəbul etdi və Olimpiya Təsnifat Turnirlərində mübarizə aparmağa başladı, amma hüquqi prosedurlar gec başa çatdığına görə Valentin Demyanenko olimpiya lisenziyasına sahib ola bilmədi və olimpiada da çıxış edə bilmədi.
2008-ci il: Olimpiya Oyunlarına lisenziya qazana bilməməsi Valentin Demyanenko 2008-ci ilin 5–8 iyununda Macarıstannın Seqed şəhərində baş tutan ICF World Cup beynəlxalq turnirində mübarizə apardı. C1–200 və C1–500 turnirlərində çıxış edən Valentin Demyanenko üçün bu turnir Azərbaycan bayrağı altında mübarizə apardığı birinci beynəlxalq turnir idi. C1–200 turnirinin təsnifat mərhələsinin "A" qrupunda Valentin Demyanenko 40.018 saniyə nəticə göstərdi və qrupu birinci pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazandı. Doqquz idmançının çıxış etdiyi final mərhələsində isə Valentin Demyanenko 40.900 saniyə nəticə göstərdi və birinci pillənin sahibi olaraq turnirin qızıl medalına sahib oldu. Bu medal Azərbaycanın Kanoe idmanı tarixində beynəlxalq turnirlərdə qazandığı birinci medal idi.
C1–500 turnirində isə Valentin Demyanenko uğursuz çıxış etdi. Valentin Demyanenko təsnifat mərhələsinin "C" qrupunda 1:50.618 dəqiqə nəticə göstərib və yeddi idmançı sırasında birinci pillənin sahibi olaraq final mərhələsinə vəsiqə qazansa da, final mərhələsində 2:06.598 dəqiqə nəticə ilə doqquz idmançı sırasında sonuncu pillədə qərarlaşdı.
Valentin Demyanenkonun növbəti turniri 12–15 iyunda Almaniyanın Duysburq şəhərində baş tutan ICF World Cup beynəlxalq turniri oldu. C1–500 turnirində mübarizə aparan Valentin Demyanenko təsnifat mərhələsinin "A" qrupunda 1:58.758 dəqiqə nəticə göstərdi və yeddi idmançı sırasında üçüncü pillədə qərarlaşaraq yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələnin "B" qrupunda isə 1:52.616 dəqiqə nəticə ilə doqquz idmançı sırasında birinci pillənin sahibi olaraq final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində uğursuz çıxış edən Valentin Demyanenko nəticədə beşinci pillədə qərarlaşdı.
Daha sonra Valentin Demyanenko Polşanın Poznan şəhərində baş tutan World Cup beynəlxalq turnirində mübarizə apardı. Nəticədə Valentin Demyanenko C1–200 və C1–500 turnirlərində qızıl medallara sahib oldu.
2007-ci il Dünya Çempionatında mübarizə apardığına, həmçinin Azərbaycan vətəndaşlığını qəbul eləməsi prosedura gec başa çatdığına görə Valentin Demyanenko olimpiya lisenziyasına sahib ola bilmədi və avqustda baş tutan olimpiada da çıxış edə bilmədi.
2009-cu il: Avropa və Dünya çempionluğu Valentin Demyanenkonun 2009-cu ildə birinci turniri 22–24 iyunda Polşanın Poznan şəhərində baş tutan World Cup beynəlxalq turniri oldu. C1–500 və C1–1000 turnirlərində çıxış edən Valentin Demyanenko əvvəlcə C1–500 turnirində mübarizə apardı. Təsnifat mərhələsinin "D" qrupunda mübarizə aparan Valentin Demyanenko 1:52.126 dəqiqə nəticə göstərdi və altı idmançı sırasında birinci pillədə qərarlaşaraq yarım-final mərhələsinə adladı. Bu mərhələdə isə o, 1:54.184 dəqiqə nəticə göstərdi və turnirin final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində isə Valentin Demyanenko 1:52.320 dəqiqə nəticə göstərdi və turnirin gümüş medalına sahib oldu.
Daha sonra isə Valentin Demyanenko əvvəlcə C1–1000 turnirində mübarizə apardı. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Valentin Demyanenko 4:00.692 dəqiqə nəticə göstərdi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə isə o, 4:12.028 dəqiqə nəticə göstərdi və altıncı pillədə qərarlaşaraq turnirin final mərhələsinə vəsiqə qazana bilmədi. Formal əhəmiyyətə sahib olan "B" finalında isə Valentin Demyanenko 4:00.365 dəqiqə nəticə göstərdi və turniri beşinci pillədə başa vurdu.
Valentin Demyanenko 25–28 iyunda Almaniyanın Brandenburq şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. C1–200 turnirinin final mərhələsində Valentin Demyanenko 38.30 saniyə nəticə göstərdi. Bununla da o, doqquz idmançı sırasında birinci pillənin sahibi olaraq Avropa Çempionatının qızıl medalına sahib oldu.
C1–500 turniri isə Valentin Demyanenko üçün uğurlu olmadı. Əvvəlcə o, təsnifat mərhələsində 1:50.546 dəqiqə nəticə ilə birinci pillədə sahibi oldu və birbaşa final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində isə 2:16.392 dəqiqə nəticə göstərən Valentin Demyanenko doqquz idmançı sırasında sonuncu pillədə qərarlaşdı.
2009-cu ilin əsas turniri 12–16 avqustda Kanadada baş tutan Dünya Çempionatı idi. Valentin Demyanenko C1–200 və C1–500 turnirlərində mübarizə apardı. C1–200 turnirinin təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Valentin Demyanenko 40.630 saniyə nəticə göstərdi və qrupu doqquz idmançı sırasında birinci pillədə başa vurdu. Bununla da Valentin Demyanenko birbaşa final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində isə Valentin Demyanenko 38.048 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillədə başa vuraraq Dünya Çempionatının qızıl medalına sahib oldu. Bu qələbə münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Valentin Demyanenkoya minnətdarlığını bildirdi.
C1–500 turnirində isə Valentin Demyanenko uğursuz çıxış etdi. Təsnifat mərhələsinin "D" qrupunda mübarizə aparan Valentin Demyanenko 2:02.750 dəqiqə nəticə göstərdi və qrupu yeddi idmançı sırasında dördüncü pillədə başa vurdu. Bununla da Valentin Demyanenko mübarizəni yarım-final mərhələsində davam etdi. Yarım-final mərhələsinin "A" qrupunda Valentin Demyanenko 1:58.558 dəqiqə nəticə göstərdi və final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində isə Valentin Demyanenko uğursuz çıxış etdi. 1:52.104 dəqiqə nəticə göstərən Valentin Demyanenko final mərhələsini 8-ci pillədə başa vurdu.
2011-ci il: Qızıl mövsüm — üç çempionluq Valentin Demyanenkonun 2011-ci ildə birinci turniri 6–8 mayda Polşanın Poznan şəhərində baş tutan World Cup beynəlxalq turniri oldu. Valentin Demyanenko bu turnirdə C1–200 və C1–500 turnirlərində mübarizə apardı. C1–200 turnirinin təsnifat mərhələsinin "A" qrupunda çıxış edən Valentin Demyanenko 42.880 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillədə qərarlaşaraq birbaşa final mərhələsinə vəsiqə qazandı. Final mərhələsi isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Valentin Demyanenko 42.230 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında dördüncü pillədə qararlaşdı. C1–500 turnirində də Valentin Demyanenko uğursuzluqla üzləşdi. Hərçənd Valentin Demyanenko təsnifat mərhələsinin "B" qrupunda 1:50.744 dəqiqə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillədə qərarlaşacaq birbaşa final mərhələsinə vəsiqə qazandı. Final mərhələsi isə Valentin Demyanenko üçün uğursuz oldu. 2:08.812 dəqiqə nəticə göstərən Valentin Demyanenko ümumi nəticədə turniri doqquz idmançı sırasında yeddinci pillədə başa vurdu.
Valentin Demyanenkonun növbəti turniri 26–30 mayda Almaniyanın Duysburq şəhərində baş tutan World Cup beynəlxalq turniri oldu. Əvvəlcə C1–200 turnirində mübarizə aparan Valentin Demyanenko təsnifat mərhələsinin "A" qrupunda 40.338 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillənin sahibi olaraq yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə isə Valentin Demyanenko 40.165 saniyə nəticə göstərdi və doqquz idmançı sırasında birinci pillədə qərarlaşaraq turnirin final mərhələsinə adladı. Gərgin idman mübarizəsi şəraitində baş tutan final mərhələsində isə Valentin Demyanenko 40.192 saniyə nəticə göstərdi və turnirin gümüş medalına sahib oldu. Valentin Demyanenko turnirin qalibi olan Rusiya nümayəndəsi İvan Ştildən cəmi 0.274 saniyə geri qaldı.
Daha sonra C1–500 turnirində çıxış edən Valentin Demyanenko təsnifat mərhələsinin "A" qrupunda 1:55.456 dəqiqə nəticə göstərdi və yeddi idmançı sırasında birinci pillənin sahibi olaraq birbaşa final mərhələsinə vəsiqə qazandı. Gərgin idman mübarizəsi şəraitində baş tutan final mərhələsində isə Valentin Demyanenko 1:50.050 dəqiqə nəticə göstərdi və turnirin bürünc medalına sahib oldu. Valentin Demyanenko turnirin qalibi olan Rusiya nümayəndəsi İvan Ştildən cəmi 0.330 saniyə geri qaldı.