Tbilisi daşqını — 14 iyun 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş vermiş daşqın. Daşqın nəticəsində azı 12 adam ölüb. Hadisə ilə bağlı iyunun 15-də Gürcüstanda matəm elan olunub.
Haqqında Bazar gününə keçən gecə baş vermiş leysan yağışlar nəticəsində şəhərin bir neçə rayonunda daşqın baş verib. Evlərin həyətləri, binaların birinci mərtəbələri və yüzlərlə evin zirzəmiləri, yeraltı keçidlər suyun altında qalıb.
Daşqın zamanı şəhər zooparkından 6 şir, 6 pələng, 7 ayı və 13 canavar qaçıb. Qaçan heyvanların axtarışı aparılır. Heyvanlardan bəzilərini tutmaq mümkün olub, bəziləri isə öldürülüb.
İstinadlar
Kateqoriya:2015-ci ildə Gürcüstan Kateqoriya:2015-ci ildəki hadisələr Kateqoriya:14 iyundakı hadisələr Kateqoriya:Gürcüstandakı təbii fəlakətlər Kateqoriya:Tbilisi tarixi