"Kiçik Venesiya" — Bakı şəhərində, Dənizkənarı Milli Parkın ərazisində yerləşən və gəzinti üçün nəzərdə tutulmuş su kanalları sistemi.BAKIDAKI "KİÇİK VENESİYA ŞƏHƏRCİYİ"NDƏ AVROPA QONAQPƏRVƏRLİK KLUBU AÇILIB. mehriban-aliyeva.org, 10.06.2015 İtaliyada yerləşən Venesiya şəhərinin bir parodiyası olanSerbiyanın birinci xanımı Dənizkənarı Milli Parkı gəzib — FOTO . bakubulvar.gov.az, 09.02.2013 "Kiçik Venesiya" 1960-cı ildən bəri mövcuddur və Bakı bulvarının bir parkıdır. "Kiçik Venesiya" parkının kanallarının ümumi uzunluğu 1350 metr, dərinliyi isə 1.3 metrdir. Kanalları doldurmaq üçün 7 min m3 sudan istifadə olunur. Parkın ümumi sahəsi sahəsi 9,740 kvadrat metrdir.
Tarixi 1960-cı ildə istifadəyə verilmişdir.İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində "Kiçik Venesiya şəhərciyi"nin açılışında iştirak etmişdir . president.az, 28.05.2012
10 iyun 2015-ci ildə burada Avropa Qonaqpərvərlik Klubunun açılışı olmuşdur.
Yenidən qurulması 2011-ci il martın 30-da ölkə başçısı İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən "Kiçik Venesiya şəhərciyi"nin yenidən qurulması ilə bağlı göstəriş vermişdir. Ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə həmin ilin iyununda başlanmışdır. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunmuşdur.İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur . president.az, 01.11.2011
Şəhəcik əsaslı yenidənqurmadan sonra 28 may 2012-ci ildə istifadəyə verilmişdir.
Əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilmiş, yeni qayıqlar gətirilmiş, əlavə körpülər və iki restoran ("Şərq" və "İtaliya" restoranları) inşa edilmişdir. Restoranlardan birində Qərb, digərində isə Şərq mətbəxinin ləziz nümunələrini müştərilərə təqdim edilir.
Qalereya
İstinadlar
Kateqoriya:1960-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Bakı bulvarı Kateqoriya:Bakıdakı binalar və tikililər