Harold Laski (; 30 iyun 1893, Mançester, Böyük Britaniya — 24 mart 1950, London, Böyük Britaniya) — Britaniya siyasi nəzəriyyəçisi, iqtisadçı, müəllif və müəllim. O, siyasətdə fəal idi və 1945-1946-cı illərdə Leyboristlər Partiyasının sədri vəzifəsini yerinə yetirmiş və 1926-cı ildən 1950-ci ilə qədər London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində professor olmuşdur.

Plüralist demokratiyası idealını daha geniş şəkildə Harold Laski əsaslandırmışdır. O, "dövlətin plüralist nəzəriyyəsi" və "siyasi plüralizm" anlayışlarını formalaşdırmışdır; konsepsiyanın davamçıları bunu qəbul etmiş və indi də həmin nəzəriyyədə onun qoyduğu adlardan istifadə olunur.

Kateqoriya:Britaniya sosialistləri Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin müəllimləri Kateqoriya:Britaniya iqtisadçıları Kateqoriya:Britaniya siyasətçiləri