Lior Refaelov (; ) — milliyətcə dağ yəhudisi olan İsrail futbolçusu. Belçika çempionatında oynayan "Anderlext"də hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir.

Karyerasına 3 dəfə İsrail çempionu olduğu Makkabi Hayfada başlamışdır. 2.5 milyon € qarşılığında 2011-ci ildə Brügge klubuna transfer olunmuşdur. 2015-ci ildə Belçika kubokunun finalında həlledici qolu atmışdır.

2007-ci ildən İsrail milli futbol komandasında çıxış edir.

Karyerası

Makkabi Hayfa 1998-ci ildə "Makkabi Hayfa"nın aşağı yaş dəstələrində futbola başlamışdır. 2002-ci ildə klubun U-16 komandasına keçmişdir.

2003–04 mövsümündə 7 qol atmış, komandanın əsas siması olmuşdur. Həmin U-16 "Makkabi Hayfa" komandasına çempionluq qazandıraraq turnirin ən yaxşısı seçilmişdir.

2004-cü ildə əsas komandaya yüksəlmişdir. İlk qolunu həmin mövsüm "Hapoel Nazaret İllit"ə qarşı oyunda (6:0) penaltidən atmışdır.

"Makkabi Hayfa"nın çempion olduğu 2008–09 mövsümündə 9 qol qeyd etmişdir. 2011-ci ildə İsraildə ilin oyunçusu seçilmişdir.

Brügge 20 iyun 2011]]-ci ildə Refaelov Belçikanın "Brügge" klubu ilə 2,5 milyon € qarşılığında müqavilə imzalamışdır. "Brügge"nin ikinci bitirdiyi ilk mövsümündə 7 qol atmış və 9 məhsuldar ötürmə vermişdir. Növbəti mövsüm Refaelov 9 qol vurmuş, 12 məhsuldar ötürmə ilə yadda qalmışdır. 2013–14 mövsümündə 5 qol atmış və 14 asist vermişdir, "Brügge" mövsümü 3-cü yerdə bitirmişdir.

6 noyabr 2014-cü ildə UEFA Avropa Liqasının qrup mərhələsində "Kopenhagen"-"Brügge" (0:4) oyununda het-rik etmişdir.

22 mart 2015-ci ildə Belçika kubokunun finalında "Anderlext" qarşısında yeganə qolu ataraq 8 il sonra "Brügge"yə bu titulu qazandırmışdır.

Milli karyerası 22 avqust 2007-ci ildə Belarusa qarşı oyunda son doqquz dəqiqədə komandası 1:2 uduzarkən İdan Tallın əvəzinə girərək millidə debüt etmişdir. Növbəti oyunu 2010-cu ilin 26 mayında Uruqvaya qarşı baş tutmuşdur. Komandasının 1:4 uduzduğu oyunda bərabərlik qolunu vurmuşdur.

Uğurları

Klub Makkabi Hayfa İsrail çempionatı: qalib (2006, 2009, 2011) İsrail Liqa Kuboku: qalib (2006) Brügge Belçika kuboku: qalib (2015)

Şəxsi İsraildə ilin futbolçusu: 2011 Belçikada ayın futbolçusu: mart 2011

İstinadlar

Xarici keçidlər national-football-teams.com-da profili

Kateqoriya:İsrail futbolçuları Kateqoriya:Brügge FK futbolçuları Kateqoriya:Yəhudi futbolçular Kateqoriya:Dağ yəhudiləri Kateqoriya:Futbol vingerləri Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Anderlext FK futbolçuları Kateqoriya:İsrail Premyer Liqası futbolçuları Kateqoriya:Belçikada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri