340x340px|right|thumb|

Anti-Hitler koalisiyası Pörl-Harbora hücumdan sonra müharibəyə qoşulmuş müttəfiqlər Berlin-Roma-Tokio oxu Neytral qüvvələr Anti-Hitler koalisiyası () — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq.

Tarixi Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu. Konfransda ABŞ və İngiltərənin SSRİ-yə hərbi yardımı barədə protokol imzalandı. 1942-ci il yanvarın 1-də (ABŞ rəsmən müharibəyə qoşulduqdan sonra) Vaşinqtonda iyirmi altı dövlətin bəyənnaməsi (1942) imzalandı. Tehran konfransı (1943) anti-Hitler koalisiyasının inkişafında mühüm hadisə oldu. Bu konfransda qərb dövlətləri 1944-ci ilin may ayında 2-ci cəbhəni açacaqlarını vəd etdilər. SSRİ hökuməti Almaniya məğlub edildikdən sonra Yaponiyaya qarşı müharibəyə başlamağı öhdəsinə götürdü. Müharibədən sonra əməkdaşlıq haqqında, həmçinin Polşanın sərhədləri barədə deklarasiyalar qəbul edildi. 1944-ci il iyunun 6-da qərb müttəfiqlərinin Normandiyaya desant çıxarmasından sonra hərbi əməkdaşlıq genişləndirildi. 1943–45-ci illərdə İngiltərə, Amerika və Almaniya arasındakı gizli danışıqlar nəticəsində anti-Hitler koalisiya daxilində münasibətlərin kəskinləşməsinə baxmayaraq, Krım konfransında (1945) müharibədən sonrakı vəziyyət barədə müzakirələr aparıldı. San-Fransisko konfransında (1945) BMT-nin nizamnaməsi qəbul edildi. Potsdam konfransında (1945) müharibədən sonrakı Almaniyanın idarəedilmə prinsipləri razılaşdırıldı. 1945-ci il may ayının 8-də Almaniyanın kapitulyasiyası haqqında aktı qəbul etdikdən sonra anti-Hitler koalisiya Almaniyanı idarə etməyə başladı. Antihitelr koalisiya tərəfindən yaradılmış beynəlxalq tribunal hərbi cinayətkarların məhkəməsinə başladı. 1945-ci ilin yazında SSRİ ilə qərb dövlətləri arasında ziddiyətlər artdı. Buna baxmayaraq SSRİ 1945-ci il avqustun 9-da öhdəliyini yerinə yetirərək Yaponiyaya müharibə elan etdi və onun Kvantun ordusunu darmadağın etdi. 1947-ci ilin 2-ci yarısında «soyuq müharibə» nəticəsində anti-Hitler koalisiyasının fəaliyyəti dayandırıldı.

Üzvlər Polşanın işğalından sonra - 1 sentyabr 1939Weinberg, Gerhard L. (2005) A World at Arms: A Global History of World War II (2nd ed.). Cambridge University Press. pp. 6. - 3 sentyabr 1939 - 3 sentyabr 1939 25px Britaniya Hindistanı: 3 sentyabr 1939 Fransa - 3 sentyabr 1939 - 3 sentyabr 1939'New Zealand declares war on Germany', URL: http://www.nzhistory.net.nz/new-zealand-declares-war-on-germany , (Ministry for Culture and Heritage), updated 14-Oct-2014 - 4 sentyabr 1939 - 6 sentyabr 1939 - 10 senytabr 1939 - aprel 1940 Qəribə müharibədən sonra - 9 aprel 1940 - 10 may 1940 - 10 may 1940 - 10 may 1940 - 28 oktyabr 1940 25px Yuqoslaviya - 6 aprel 1941 Barbarossa əməliyyatından sonra 25px SSRİ - 22 iyun 1941 25px USR - 22 iyun 1941 25px BSR - 22 iyun 1941 Pyörl-Harbora hücumundan sonra - 7 dekabr 1941 - 8 dekabr 1941Dear and Foot, Oxford Companion to World War II pp 878-9 - 7 dekabr 1941 - 8 dekabr 1941 - 8 dekabr 1941 - 8 dekabr 1941 - 8 dekabr 1941 - 8 dekabr 1941 - 8 dekabr 1941 - 9 dekabr 1941 - 9 dekabr 1941 - 9 dekabr 1941 Birləşmiş Millətlərin deklarasiyasından sonra - 22 may 1942 - 22 avqust 1942 - 14 dekabr 1942 - 7 aprel 1943 - 26 iyul 1943 - 9 sentyabr 1943 - 27 yanvar 1944 - 12 fevral 1944 Normandiya əməliyyatından sonra - 23 avqust 1944 - 8 sentyabr 1944 - 1944 - 21 sentyabr 1944 - 20 yanvar 1945 - 2 fevral 1945 - 7 fevral 1945 - 15 fevral 1945 - 15 fevral 1945 - 23 fevral 1945 - 24 fevral 1945 - 24 fevral 1945 - 27 fevral 1945 - 1 mart 1945 - 3 mart 1945 - 27 mart 1945 - 11 aprel 1945

İstinadlar

Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:İkinci Dünya müharibəsində siyasət Kateqoriya:1939-cu ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Birləşmiş Krallığın xarici siyasəti