Yell boğazı - () Şotlandiyanın Şetlənd arxipelaqına daxil olan Yell və Meylənd adaları arasında yerləşir. Boğaz sahillərində kiçik Biqqa, Lamba, Linqa, Littl-Po, Littl-Xolm, Makl-Xolm, Orfasey, Brozer, Semfri, Fiş-Xolm və Yunari adaları vardır. Sahilləri girintili-çıxıntılıdır. Bu səbəbdən burada çoxlu buxta və körfəz vardır. Ən irisi Sallom-Vo şimalda, qərb hissədə Ronas-Xill körfəzləri vardır. Yell adası sahillərində Barrovo, Komister, Ulsta, Vest-Senduik, Meylənd adasında Brey, Nirt-Po, Ollaberri, Toft, Xampavo kəndləri yerləşir. Toft və Ulsta arasında gəmi bərə fəaliyyət göstərir. Sallom-Vo buxtasında <<Sallom-Vo>> Neft terminalı vardır. Skotsda hava limanı vardır.
İstinadlar
Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Atlantik okeanının boğazları Kateqoriya:Böyük Britaniya boğazları Kateqoriya:Şotlandiya boğazları Kateqoriya:Şetland adaları