Dubrovnik — Dalmaçiya regionunda, Adriatik dənizinin sahilində yerləşən Xorvatiya şəhəri. Bu şəhər Dubrovnik–Neretva qraflığının mərkəzi və dəniz limanı, Aralıq dənizi sahilində məşhur turizm mərkəzlərindən biridir. Şəhərin ümumi əhalisi 2011-ci il siyahıyaalmasına əsasən, 42,615 nəfərdir. 1979-cu ildə Dubrovnik şəhəri YUNESKO-nun Ümumdünya irsi siyahısına əlavə edilib.

Dubrovnik şəhərinin inkişafı tarixən dəniz ticarəti əsasənda qurulub. Dəniz respublikası Raqusanın paytaxtı kimi bu şəhər xüsusilə XV və XVI əsrlər ərzində inkişafının ən yüksək səviyyəsinə çatıb. Dubrovnik öz zənginliyi və bacarıqlı diplomatiyası ilə tanınıb.

Dubrovnikdə müasir turizmin başlanğıcı 1897-ci ildə burada İmperial otelinin tikintisi ilə bağlıdır. -ya görə Dubrovnik dünyada orta əsr şəhər divarlarının qorunub saxlanıldığı 10 ən yaxşı şəhərlər sırasına daxildir. Dubrovnik Yuqoslaviyanın dağılmasından sonra 1991-ci ildə müharibədən qorunmaq üçün hərbisizləşdirilməsinə baxmayaraq, top atəşi nəticəsində ciddi dağıntılara məruz qalıb.

Adı Dubrovnikin daha qədim adı tarixən Latın və Dalmatin dilində Raqusa və Raqusiumdur. Bu ad Alban dilində üzüm mənasını verən rrush sözü ilə bağlı ola bilər. Hazırkı ad Avstriya-Macarıstan imperiyasının süqutundan sonra 1918-ci ildə qəbul edilib, lakin bu ad orta əsrlərdən istifadə olunurdu. Şəhər həmçinin 1189-cu ilə aid Ban Kulin Nizamnaməsində Dubrovnik kimi adlandırılır.

Dubrovnikin adı bir "palıd meşəsi" mənasını verən dubrava sözündəndir. Dub bir çox Slavyan dillərində palıd mənasını verir.

İrsi İllik olaraq təşkil olunan Dubrovnik Yay festivalı zamanı 45 gün müddətində canlı tamaşalar, konsertlər və oyunlar keçirilir. Qədim Dubrovnik şəhəri 1993 və 2002-ci illərdə buraxılmış Xorvatiyanın 50 kuna kağız əsginaslarının əks tərəfində təsvir olunub.Croatian National Bank . Kuna əsginaslarının xüsusiyyətləri : 50 kuna (1993 buraxılışı) & 50 kuna (2002 buraxılışı). –Yoxlanılıb: 20 aprel, 2015.

Trsteno kimi şəhərin bir çox qədim binaları dünyada ən qədim dendraridir. Həmçinin Avropanın üçüncü ən qədim apteki bu şəhərdə yerləşirdi. Bu aptek Dubrovnikdə Fransiskan monastırında yerləşirdi.

Dubrovnikin bir çox turizm marşrutları arasında bir neçə çimərlik də var. Şəhərin əsas ictimai çimərliyi Bane Şərq-qərb çimərlik klubuna daxildir. Şəhərdə həmçinin Lapad yarımadasında yerləşən daşlı çimərliyi var. Bu çimərlik Rio de Janeyrodakı çimərliyin şərəfinə adlandırılıb.

Dubrovnikin adı həmçinin məşhur film və tamaşalarda da çəkilir. 20 000 lye su altında filmində filmin qəhrəmanlarından birini canlandıran Maykl Keyn yuxusunda Dubrovnikdən olan pərini gördüyünü bildirib (Motiv yerli əfsanə və ədəbiyyatdan məlumdur).

Mühüm abidələri Dubrovnikin İntibah dövrü binalarının az bir qismi 1667-ci il zəlzələsindən dağıntısız xilas ola bilib, lakin şəhərin memarlıq irsinin ideyasını vermək üçün bu kifayət edib. Ən gözəl intibah nümunəsi 16-cı əsrə aid olan və hal-hazırda Milli Arxiv binası kimi istifadə olunan Sponza sarayıdır. Knyaz sarayı bəzədilmiş pilləkənlər və gözəl naxışlı xalçaların sərgiləndiyi Qotik-İntibah tikilisidir. Sarayda indi muzey yerləşir. Onun fasadı 1993 və 2002-ci illərdə buraxılan Xorvatiyanın 50 kuna kağız əsginasının əks tərəfində təsvir olunub. Müqəddəs Xilaskar kilsəsi ən çox ziyarət olunan Fransiskan monastırının yaxınlığın da olan daha bir intibah dövrünün qalıqlarındandır. Fransiskan monastırının kitabxanasında 30,000 cild, 216 inkunabula və 1,500 qiymətli əlyazma sənədləri var.

Dubrovnikin ən sevimli kilsəsi Dubrovnikin müqəddəs himayədarının şərəfinə XVIII əsrdə tikilmiş Müqəddəs Blez kilsəsidir. Şəhərin Dominikan monastırı kənardan istehkamı xatırlatsa da, interyeri Qotik-roman kilsəsi və incəsənət muzeyini özündə ehtiva edir. Dominikan monastırın xüsusi sərvətinə 220-dən çox inkunabula, çoxsaylı illüstrasiyalı əlyazmalar, qiymətli əlyazmalar, sənədlər və geniş incəsənət kolleksiyası olan zəngin arxivli kitabxana daxildir.

Təhsil Dubrovnikdə bir neçə təhsil müəssisəsi də fəaliyyət göstərir. Bunlara Dubrovnik Beynəlxalq Universiteti , Dubrovnik Universiteti, Dəniz Kolleci, Turizm kolleci, Zaqreb Universitetinin Aspirantura üçün Universitet Mərkəzi, Xorvatiya Roçester Texnologiya İnstitutu, Ruder Başkoviç adına Yeparxiya Klassik Gimnaziyası, Xorvativa Elm və İncəsənət Akademiyasının Tarix İnstitutu daxildir.

İqlim Dubrovnikdə Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik və Aralıq dənizi iqlimi mövcuddur, çünki yalnız iki yay ayında yağıntı 40 mm-dən az düşür. Şəhərin yayı quru və mülayim, qışı isə rütubətli keçir. Oktyabr və aprel ayları arasında Adriatik dənizinin sahili boyu güclənən Bora küləyi əsir. Havanın temperaturu ərazi və ya regiondan asılı olaraq, bir qədər dəyişə bilər. Adətən İyul və Avqust aylarında gündüz vatı havanın temperaturu 28 °C çatdığı halda, gecələr temperatur 23 °C-yə kimi düşür. Yaz və payız aylarında isə maksimum temperatur 20 °C və 28 °C arasında dəyişir. Duzluluq* təxminən 38 ‰ Yağıntı orta illik 1,020.8 mm orta illik yağıntılı günlərin sayı 109.2 Günəşli günlər orta illik 2629 saat Orta sutkalıq 7.2 saat

Qardaşlaşmış şəhərlər Ravenna, İtaliya (1967-ci ildən bəri) Vukovar, Xorvatiya (1993-cü ildən bəri) Qras, Avstriya (1994-cü ildən bəri) Helsinqborq, İsveç (1996-cı ildən bəri) Raqusa, İtaliya ''(2000-ci ildən bəri) Venesiya, İtaliya (2012-ci ildən bəri) Bad-Homburq, Almaniya (2002-ci ildən bəri) Sarayevo, Bosniya və Herseqovina (2007-ci ildən bəri) Monterey, ABŞ (2007-ci ildən bəri) Ryuey-Malmezon, Fransa (2011-ci ildən bəri) Vankuver, ABŞ (2013-cü ildən bəri)

Qalereya +260x160px240x160px240x160px240x160px

Panorama

İstinadlar

Xarici keçidlər

Dubrovnik Turizm YUNESKO-nun Dünya İrsi Mərkəzi Dubrovnik — Adriatik dənizinin incisi Dubrovnik, Encyclopædia Britannica Dubrovnikin xəritəsi

Kateqoriya:Dubrovnik Kateqoriya:Xorvatiyadakı ümumdünya irsi Kateqoriya:Dalmatiya Kateqoriya:Adriatik dənizinin liman şəhərləri Kateqoriya:VII əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:Eksklavlar Kateqoriya:Eksklavlar və anklavlar Kateqoriya:Xorvatiyanın sahilyanı yaşayış məntəqələri Kateqoriya:Qalalı şəhərlər