Şəmkir Beynəlxalq Şahmat Turniri () Şəmkir şəhərində 2014-cü ildən etibarən Vüqar Həşimovun xatirəsinə təşkil edilməyə başlanılmış beynəlxalq şahmat turniri. Turnirdə əsasən FİDE sıralamasında ön pillələrdə qərar tutan şahmatçılar iştirak edirlər.

Arxa plan Azərbaycan şahmat məktəbinin görkəmli simalarından biri olan Vüqar Həşimovun uzun sürən ağır xəstəlikdən 2014-cü ilin 11 yanvarında vəfat etməsindən sonra Vüqarın xatirəsinə beynəlxalq şahmat turnirinin keçirilməsi Synergy Group tərəfindən qərara alınmışdır. Aparılan müzakirələrin ardından ilk şahmat turnirinin 2014-cü ilin aprel ayında Şəmkir şəhərində keçirilməsi qərarlaşdırıldı. Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən beynəlxalq bir turnir olaraq qəbul edilən Şəmkir Beynəlxalq Şahmat Turnirinə Fide reytinqində ən üst sıralarda qərarlaşmış qrosmeysterin dəvət edilməsi nəzərdə tutulmuşdu. 2014-cü ildə ilki baş tutan turnirin qalibi FİDE reytinqində I yeri tutan norveçli şahmatçı Maqnus Karlsen olmuşdur. Şəmkir Beynəlxalq Şahmat Turnirinin mükafat fondu €100,000 təşkil etməkdədir.

# Il Qalib 1 2014 Maqnus Karlsen 2 2015 Maqnus Karlsen 3 2016 Şəhriyar Məmmədyarov 4 2017 Şəhriyar Məmmədyarov 5 2018 Maqnus Karlsen 6 2019 Maqnus Karlsen 7 2021 Fabiano Kariana 8 Gashimov Memorial 2022 2022 Nodirbek Abdusattorov 9 2023 Vidit Gujrathi 10 2024 Yan Nepomnyaşşiy 11 Gashimov Memorial 2025 2025 Yan Nepomnyaşşiy

Şəmkir Şahmat turniri — 2014 2014-cü ildə təşkil edilmiş Şəmkir Beynəlxalq Şahmat Turniri sayca ilk turnir olmuşdur. Vüqar Həşimovun vəfatının 100-cü gününə təsadüf edən turnir 19–30 aprel tarixlərində Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilmişdir. A və B səbətləri üzrə qruplaşdıran şahmatçıların A qrupunun mükafat fondu 100 min avro, B qrupunun mükafat fondu isə 30 min avro olaraq müəyyənləşdirilmişdir.

A qrupunda FİDE reytinqində ön sıraları tutan Maqnus Karlsen, Fabiano Kariana, Hikaru Nakamura, Teymur Rəcəbov, Sergey Karyakin və Şəhriyar Məmmədyarov kimi şahmatçılar qərarlaşmışdır. A qrupu üzrə keçirilən final görüşündə norveçli şahmatçı Maqnus Karlsen italiyalı rəqibi Fabiano Kariananı məğlub edərək turnirin ilk qalibi olmuşdur. B qrupu üzrə keçirilən yarışlarda isə ukraynalı şahmatçı Pavel Elyanov qələbə qazanmışdır.

Qaliblər + Şəmkir Beynəlxalq Şahmat Turniri# İl Turnir Avg. Elo Qalib RaundHesab1 2014 A 2780 25px Maqnus Karlsen 10 6.51 2014 B 2663 25px Pavel Elyanov 9 6

Nəticələr {|class="wikitable" style="text-align: center;" |+A qrupu, cat. XXII (2780) |- ! # !! Oyunçu !! Reytinq !! Xallar !! Qələbə |- | 1 || align=left | 25px Maqnus Karlsen || 2881 || 6½ || |- | 2 || align=left | 25px Fabiano Kariana || 2783 || 5½ || |- | 3 || align=left | 25px Hikaru Nakamura || 2772 || 5 || 2 |- | 4 || align=left | 25px Teymur Rəcəbov || 2713 || 5 || 1 |- | 5 || align=left | 25px Sergey Karyakin || 2772 || 5 || 0 |- | 6 || align=left | 25px Şəhriyar Məmmədyarov || 2760 || 3 ||

{|class="wikitable" style="text-align: center;" |+B qrupu, cat. XVII (2663) |- ! # !! Oyunçu !! Reytinq !! Xallar !! Qələbə !! SB |- | 1 || align=left | 25px Pavel Elyanov || 2732 || 6 || || |- | 2 || align=left | 25px Aleksandr Motılev|| 2685 || 5½ || || |- | 3 || align=left | 25px Etiyen Bakrot || 2722 || 5 || 3|| |- | 4 || align=left | 25px Hao Vanq|| 2734 || 5 || 2|| |- | 5 || align=left | 25px Radoslav Voytaşek || 2716 || 4½ || || |- | 6 || align=left | 25px Rauf Məmmədov || 2660 || 4 || 2 || 18,00 |- | 7 || align=left | 25px Qədir Hüseynov || 2621 || 4 || 2 || 16,25 |- | 8 || align=left | 25px Vasif Durarbəyli || 2584 || 4 || 1 || |- | 9 || align=left | 25px Nicat Abasov || 2516 || 4 || 0 || |- | 10 || align=left | 25px Eltac Səfərli || 2656 || 3 || ||

Şəmkir Şahmat turniri — 2015 2015-ci ilin 16 aprel tarixində Şəmkir şəhərində sayca ikinci Şəmkir Beynəlxalq Şahmat Turniri start götürmüşdür. 2015-ci ildə keçirilən turnirin iştirakçıları arasında ötən ilki turnirin qalibi Maqnus Karlsen və FİDE sıralamasında ön pillələri tutan şahmatçılar iştirak etməkdədir. Şəmkir Beynəlxalq Şahmat Turniri 2015 in iştirakçılarının tam tərkibi aşağıdakı kimidir: Maqnus Karlsen Fabiano Kariana Vişvanatan Anand Aniş Qiri Uesli So Vladimir Kramnik Maksim Vaşer-Laqrav Şəhriyar Məmmədyarov Maykl Adams Rauf Məmmədov

2015-ci ildə keçirilən Şəmkir Beynəlxalq Şahmat Turnirinin qalibi Maqnus Karlsen olmuşdur. İlk turnirdə də qalib olan Karlsen turnirin mükafat fondu olan 100 min avroya sahib çıxıb. Maqnus Karlsen tərəfindən əldə olunan yekun nəticə: 7/9 (+5–0=4). + Şəmkir Beynəlxalq Şahmat Turniri# İl Turnir Avg. Elo Qalib RaundHesab1 2015 A 2773 25px Maqnus Karlsen 9 7

Nəticələr {|class="wikitable" style="text-align: center;" |+A Qrupu, cat. XXII (2773) |- ! # !! Oyunçu !! Reytinq !! Xal !! Qələbə |- | 1 || align=left | 25px Maqnus Karlsen || 2863 || 7 || 5 |- | 2 || align=left | 25px Vişvanatan Anand || 2791 || 6 || 3 |- | 3 || align=left | 25px Uesli So || 2788 || 5 || 3 |- | 4 || align=left | 25px Fabiano Kariana || 2802 || 5 || 2 |- | 5 || align=left | 25px Vladimir Kramnik || 2783 || 4 || 2 |- | 6 || align=left | 25px Şəhriyar Məmmədyarov || 2754 || 4 || 1 |- | 3 || align=left | 25px Maykl Adams || 2746 || 3.5 || 1 |- | 4 || align=left | 25px Aniş Qiri || 2790 || 3.5 || 0 |- | 5 || align=left | 25px Maksim Vaşer-Laqrav || 2762 || 3.5 || 0 |- | 6 || align=left | 25px Rauf Məmmədov || 2651 || 3.5 || 0

Şəmkir Şahmat turniri — 2016 2016-cı ilin mayın 25-dən iyunun 4-ə kimi 9 turdan ibarət üçüncü Şəmkir Beynəlxalq Şahmat Turniri keçirildi. Açılışda gənclər və idman naziri Azad Rəhimov, Beynəxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Şəmkir Beynəlxalq Şahmat Turniri 2016-ın iştirakçılarının tam tərkibi aşağıdakı kimidir: Sergey Karyakin Fabiano Kariana Pentala Harikrişna Aniş Qiri Pavel Elyanov Hou Yifan Şəhriyar Məmmədyarov Teymur Rəcəbov Eltac Səfərli Rauf Məmmədov

Şəmkir Beynəlxalq Şahmat Turnirinin qalibi Şəhriyar Məmmədyarov oldu.

Nəticələr {|class="wikitable" style="text-align: center;" |- ! # !! Oyunçu !! Reytinq !! Xallar |- | 1 || align=left | 25px Şəhriyar Məmmədyarov || 2748 || 6 |- | 2 || align=left | 25px Fabiano Kariana || 2804 || 6 |- | 3 || align=left | 25px Aniş Qiri || 2790 || 5½ |- | 4 || align=left | 25px Sergey Karyakin || 2779 || 5 |- | 5 || align=left | 25px Rauf Məmmədov || 2655 || 4½ |- | 6 || align=left | 25px Pentala Harikrişna || 2763 || 4 |- | 7 || align=left | 25px Teymur Rəcəbov || 2726 || 4 |- | 8 || align=left | 25px Eltac Səfərli || 2664 || 4 |- | 9 || align=left | 25px Pavel Elyanov || 2765 || 3½ |- | 10 || align=left | 25px Hou Yifan || 2663 || 2½

Tay breklər Şəhriyar Məmmədyarov — Fabiano Kariana — 2,5:1,5 (1:1 iki partiya sürətli, 1,5:0,5 iki partiya blits)

Şəmkir Şahmat turniri — 2017 2017-ci ilin aprelin 20-dən 30-na kimi 9 turdan ibarət dördüncü Şəmkir Beynəlxalq Şahmat Turniri keçirildi. Açılışda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Şəmkir Beynəlxalq Şahmat Turniri 2017-ın iştirakçılarının tam tərkibi aşağıdakı kimidir: Radoslav Voytaşek Veselin Topalov Uesli So Sergey Karyakin Pavel Elyanov Teymur Rəcəbov Şəhriyar Məmmədyarov Pentala Harikrişna Maykl Adams Vladimir Kramnik- Turnir iştirakçıları

Şəmkir Beynəlxalq Şahmat Turnirinin qalibi Şəhriyar Məmmədyarov oldu.

Nəticələr {|class="wikitable" style="text-align: center;" |- ! # !! Oyunçu !! Reytinq !! Xallar |- | 1 || align=left | 25px Şəhriyar Məmmədyarov || 2772 || 5½ |- | 2 || align=left | 25px Vladimir Kramnik || 2811 || 5 |- | 3 || align=left | 25px Uesli So || 2822 || 5 |- | 4 || align=left | 25px Veselin Topalov || 2741 || 5 |- | 5 || align=left | 25px Sergey Karyakin || 2783 || 4½ |- | 6 || align=left | 25px Radoslav Voytaşek || 2745 || 4½ |- | 7 || align=left | 25px Maykl Adams || 2761 || 4½ |- | 8 || align=left | 25px Teymur Rəcəbov || 2710 || 4 |- | 9 || align=left | 25px Pavel Elyanov || 2781 || 3½ |- | 10 || align=left | 25px Pentala Harikrişna || 2758 || 3½

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycanda şahmat Kateqoriya:Şəmkir Kateqoriya:Şahmat turnirləri Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycanda keçirilən şahmat üzrə beynəlxalq yarışlar