Rövşən Atakişioğlu (; ) — Yazıçı, publisist, Birinci Qarabağ müharibəsi iştirakçısı, 706 saylı həbi hissənin 5-ci batalyonunun komandir müavini (1992–1993).

Həyatı Rövşən Atakişioğlu 01.08.1957-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Orta təhsilini Güləbird kənd orta məktəbində başa vuraraq, 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun indiki Gəncə Dövlət Universiteti Azərbaycan dili və ədəbiyyat fakültəsinə qəbul olunmuş, 1978-ci ildə həmin məktəbi Fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Laçın rayonuna göndərilmiş, doğma kəndinə ixtisası üzrə müəllim təyin edilmişdir.

1990-cı ildə ADPU-nun Şuşa filialında müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1992-ci ilin may ayının 10-dan Könüllülər dəstəsində Laçın və Qubadlı rayonlarının müdafiəsində erməni işğalçılarına qarşı döyüşmüş, 706 saylı həbi hissənin 5-ci batalyonunun komandir müavini təyin edilmişdir. 1993-cü ilin may ayında ordudan tərxis olunmuşdur.

Hal–hazırda Bakı şəhərində yaşayır. Ailəlidir. Üç qız və bir oğul atasıdır.

Xocalı şəhər 2 saylı orta məktəbin müəllimi işləyir. 2024-cü ildə təqaüdə çıxmışdır.

Rövşən Atakişioğlu 16 avqust 2026-cı ildə 69 yaşında vəfat edib.

Ədəbi fəaliyyəti Rövşən Atakişioğlu Bakıda pedaqoji fəaliyyətin davam etdirməklə yanaşı, həm də bədii yaradıcılıqla məşğuldur.

Kitabları "Məni çağıran var" (şeirlər), Bakı, 2004. "Ayaq torpaqdan üzüləndə" (bədii-publisistik), Bakı, 2006. "Yolum dağlara sarıdı" (şeirlər), Bakı, 2007. "Ruhu gileyli anam" (bədii-publisistik), Bakı, 2014.

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları