İdarə olunan üzən məzənnə rejimi () — valyuta məzənnələrinin bazardakı tələb-təklifə uyğun olaraq gündəlik dəyişməsi ilə yanaşı, həm də mərkəzi banklar tərəfindən valyuta alış-satışı yolu ilə yerli valyutanın məzənnəsinə müdaxilə edilməsi ilə xarakterizə olunan beynəlxalq maliyyə mühitidir. Bu həm də çirkli üzmə (dirty float) adı ilə tanınır.
Beynəlxalq Valyuta Fondunun 2014-cü ilə olan məlumatına görə 82 dövlət və region idarə olunan üzən məzənnə rejimindən istifadə edir ki, bu da mövcud məzənnə rejimi növləri arasında üstünlük təşkil edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Valyuta bazarı Kateqoriya:Pul vahidləri