Erebuni Hava Limanı — () — Ermənistan Respublikası İrəvan şəhərinin Erebuni rayonunda yerləşən mülki və hərbi təyinatlı hava limanı.

İrəvan şəhəri mərkəzindən 7,3 km cənubda yerləşən hava limanı 2,784×40 m ölçülərində asfalt səthə malik olub uçuş zolaqları 03/21 istiqamətindədir.

Tarixi Memarları L. Ş. Xristaforyan, R. G. Asratyan konstruktorları İ. Q. Baqramyan və E. N. Tosunyan olan hava limanından ilk uçuş 21 iyul 1938-ci ildə İrəvan-Tbilisi xətti üzrə olub. Həmin ilin 25 dekabr tarixindən isə müntəzəm uçuşlara başlanılıb. O vaxtlar hava limanı "İrəvan hava limanı" adlanırdı.

Təyinatı Hal-hazırda əsasən hərbi sahə üzrə istifədə edilən hava limanında 3624-cü rus hərbi hissəsi, 18 MiQ-29s-dən ibarət 426-cı eskadrilya, Mi-24 hücum vertolyotu eskadrilyası və 700-cü Hava Nəqliyyatı Nəzarət Mərkəzi yerləşir.

Hava limanından həmçinin özəl şirkətlər tərəfindən ölkədaxili və MDB ölkələrinə, eyni zamanda Dağlıq Qarabağa Xankəndi hava limanına vertolyot uçuşları həyata keçirilir.

Qəza və hadisələr 4 noyabr 2008-ci ildə Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 hücumçu vertolyotu təlim uçuşuna hazırlaşarkən qəzaya uğradı. Hadisə nəticəsində pilot Arşak Nersisyan həlak oldu.Military Helicopter Accident ." A1+. November 4, 2008.

İstinadlar

Kateqoriya:Ermənistan hava limanları Kateqoriya:İrəvan Kateqoriya:SSRİ hərbi aerodromları Kateqoriya:İrəvanda nəqliyyat Kateqoriya:İrəvan tikililəri