Lahemaa Milli Parkı () — Estoniyanın şimalında, Tallin şəhərinin 70 km şərqində yerləşən milli park. Milli park şimaldan Fin körfəzi, cənubdan Tallin-Narva yüksəkliyi ilə əhatə olunmuşdur. Sahəsi 725 km2-dir. (250.9 km2 dəniz sahəsi daxil olmaqla)Estonica, Lahemaa National Park: from coastal drumlins to Kõrvemaa , Estonica, Encyclopedia About Estonia Milli park SSRİ dövründə yaradılmışdır. Estoniyanın ən böyük, Avropanın isə ən böyük milli parklarından biridir. Milli park Şımalı Estoniyanının peyzajını, ekosistemlərini, bioloji müxtəlifliyini və milli irsi qorumaq və öyrənmək üçün qurulmuşdur.
Tarix Lahemaa sözünün mənşəyi ən çox tədqiq olunan və ziyarət olunan Şimalı Estoniya sahilinin adı ilə bağlıdır. Burada 4 böyük yarımada (Yuminda, Parispea, Kasmu və Vergi) və hərəsinin öz körfəzi (Kolqa, Hara, Eru və Kasmu) yerləşir. Lahemaa estonca "Körfəzlər diyarı" deməkdir.
Milli park 1971-ci ildə qurulmuşdur. Bir neçə şirkət oraya günlük tur paketləri təklif edirlər, amma insanlar çoxu ora özləri getməyə üstünlük verirlər. Milli parkın 70 %-dən çoxu meşə ilə örtülüdür və flora və fauna ilə zəngindir. Ərazidə bir çox bataqlıq və 7.000 illik Laukasoo qoruğu yerləşir. Milli park yollarla yaxşı təchiz olunmuşdur, vəhşi həyatla zəngindir. Əsas yırtıcılar adi vaşaq, ayı və canavardır.
Lahemaa Milli Parkında 4 malikanə yerləşir: Palmse, Vihula, Kolqa və barokko tərzindəki Saqadi malikanəsi.Sagadi, Sagadi Manor , Retrieved 7 avqust 2012
Qalereya
İstinadlar
Xarici keçidlər Milli parkın administrasiyası Estonikada milli park haqqında məlumat
Kateqoriya:Estoniya milli parkları Kateqoriya:1 iyulda yarananlar Kateqoriya:1971-ci ildə yaradılmış qoruq əraziləri