Ceyms Hetton (; 3 iyun 1726 – 26 mart 1797) — şotland əsilli geoloq, həkim, kimyaçı və təbiyyətşünas. Müasir geologiyanın və geoxronolgiyanın banisi olan Hetton, həm də aktualizm və plutonizm nəzəriyyəsinin yaradıcısı hesab olunur."James Hutton" "Northern Lights". "How modern life emerged from eighteenth-century Edinburgh" Həyatı Ceyms Hetton 1726-cı ildə Şotlandiyanın Edinburq şəhərində anadan olmuşdur. Atasını tez itirən Hatton Edinburq Kral məktəbini bitirmiş və 14 yaşında Edinburq universitetinin hüquq fakultəsinə daxil olmuş. 18 yaşında fizika labaratoriyasında assistent olmuş, sonra Parisə gedərək orada üç il yaşamışdır. 1749-cü ildə Leyden Universitetində tibb elimləri doktoru olmuş.

1750-ci ildə sonra Hetton kənd təsarrüfatı və geologiya ilə maraqlanmağa başladı. 1768-ci ildə şəxsi fermasını kirayəyə verərək Hatton geologiya ilə ciddi maraqlanmağa başladı. Ceyms Hetton Şotlandiyanın tanınmış alimləri olan Ceyms Vatt və Adam Smit ilə yaxın dost idi. Elmi fəaliyyəti Ceyms yüksək müşahidə qabiliyyətin malik idi. Onun əldə etdiyi ən mühüm nəticələrdən biri qranit və bazaltların maqmatik mənşəli olması qənaətinə gəlməsidir. Bununla da o, plutonizm nəzəriyyəsinin əsasını qoyur. O, bu nəzəriyyəsi barədə əvvəlcə Edinburq kral elmi cəmiyyətdə məruzə edir. Sonra isə həmin məruzəni cəmiyyətin jurnalda dərc etdirir. Hetton Yerin tsiklik inkişaf modelini verir:

thumbnail|right|Edinburq Kral Cəmiyyətinın jurnalın üz qabığı. Bu nömərədə Ceyms Hettonun "Yer nəızəriyyəsi" əsəri çap olunubu

Hetton elmə uniformizm (aktualizm) adlanan "geoloji proseslərin saxlanması" prinsipini gətirmişdir. Sonralar bu fikiri onun varisi Çarlz Layel inkişaf etdirmişdir. Bu nəzəriyyə üzərində Hetton uzun müddət işlədikdən sonra ikicildlik " Yer nəzəriyyəsi" traktatı işıq üzü görür. Lakin öz həmkarlarının müsbət rəyini eşitməmiş Hetton dünyasını dəyişir. Əsərləri Kömürün təbəti. (Nature of Coal, 1777) Yağış nəzəriyyəsi. (Theory of Rain, 1784) Elmın araşdırma prinsipləri.(Investigations of the Principles of Knowledge, 1794) İşıq, istilik və od fəlsəfəsi traktatı.(A Dissertation on the Philosophy of Heat, Light and Fire, 1794) Təbiət tarixinın müxtəlif cisimlərfi haqqında traktat. (Dissertations on Different Subjects in Natural History, 1792) Yer nəzəriyyəsi.(Theory of the Earth, 1788) Şərəfinə adlanıb 1970-ci ildə Beynəlxalq astronomiya cəmiyyəti Ayın görünməyən tərəfində olan bir krateri Hettonun adı ilə adlandırmş. İstinadlar

Kateqoriya:Şotlandiya alimləri Kateqoriya:Şotlandiya aqronomları Kateqoriya:Şotlandiya iş adamları Kateqoriya:Mineraloqlar Kateqoriya:Çarlz Darvin Kateqoriya:Britaniya geoloqları