Corc Avqust Qoldfus (; 18 aprel 1782, Turnau - 2 oktyabr 1848, Bonn) — alman bioloqu, paleontoloqu, mineraloqu və botaniki.
Bioqrafiya
Qoldfus 1782-ci ilin 18 aprelində Bayroyt şəhəri yaxınlığındakı Turnauda anadan olmuşdur. Təhsil aldığı Erlanqen-Nüremberq Universitetindən 1804-cü ildə məzun olaraq 1818-ci ildə zoologiya professoru olmuşdur. Daha sonra Bonn Universitetinə zoologiya və mineralogiya professoru olaraq göndərilmişdir. Paleontoloq Kont Corc zu Münsterin köməyi ilə Almaniyadakı onurğasız heyvanları rəsm etmək üçün "Petrefacta Germaniae" (1826–1844) adlı kitabını nəşr etdirmiş, amma dəniz mərcanlarını, dərisitikanlıları, molyuskaları, dəniz zanbaqlarını rəsm etdikdən sonra yarıda buraxmışdır. Qoldfusun botanik kolleksiyası indi Bonn Universitetində mühafizə olunur. 1848-ci ilin 2 oktyabrında Bonnda vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Almaniya paleontoloqları Kateqoriya:Almaniya mineraloqları Kateqoriya:Almaniya zooloqları Kateqoriya:Almaniyada doğulanlar Kateqoriya:Almaniyada vəfat edənlər Kateqoriya:Botanika taksonlarının müəllifləri Kateqoriya:Zoologiya taksonlarının müəllifləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri