Oliver— musiqisi və sözləri Lionel Bart tərəfindən yazılmış eyni adlı səhnə müzikli əsasında Kerol Ridin rejissorluğu ilə 1968-ci ildə çəkilmiş musiqili Britaniya dram filmidir. Ssenari müəllifi Vernon Harrisdir.
Həm film və həm də musiqili tamaşanın hər ikisi Çarlz Dikkensin Oliver Tvist romanından ilhamlanaraq yaradılıb. Filmə "Food, Glorious Food", "Consider Yourself", "As Long as He Needs Me", "You've Got to Pick a Pocket or Two" and "Where Is Love?" kimi musiqi nömrələri daxildir.
Surreydə Shepperton Kinostudiyasında ekranlaşdırılmış film Romulus Films və Columbia Pictures tərəfindən beynəlxalq miqyasda yayılmışdır. 1969-cu ildə 41-ci Oskar mükafatının təqdim edilməsi zamanı Oliver Oskar mükafatının on bir nominasiyası uğrunda mübarizə aparıb və ən yaxşı filmə görə Oskar mükafatı və ən yaxşı rejissor işinə görə Oskar mükafatı da daxil olmaqla, altı nominasiyada qalib gəlib. 26-cı Qızıl Qlobus mükafatının təqdim edilməsi zamanı Ən yaxşı film-Musiqili və ya Komediya, Ən yaxşı aktyor-Musiqili və ya Komediyaya görə iki Qızıl Qlobus qazanıb.
Rollarda
Ron Mudi — Fagin rolunda Şani Uallis — Nensi rolunda Oliver Rid — Bill Sayks rolunda Harri Sekombe — Mr. Bambl rolunda Mark Lester — Oliver rolunda Cek Vayld — Artful Dodger rolunda Hyu Qriffit — Magistrate rolunda Cozef O'Konor — Mr. Braunlou rolunda Peqqi Mount — Mrs. Bambl rolunda Leonard Rossiter — Mr. Sauerberi rolunda Hilda Beyker — Mrs. Sauerberi rolunda Kennet Qrenem — Noy Kleypole rolunda Megs Cenkins— Mrs. Beduin rolunda Şila Vayt — Bet rolunda Uensli Piti — Doktor Grimvigg rolunda
Musiqi nömrələri
Uvertüra (film başlamazdan əvvəl səsləndirilir) Main Title (adlar sadalanan zaman səsləndirilir) "Food, Glorious Food"/"Oliver!" "Boy for Sale" "Where is Love?" "Consider Yourself" "You've Got to Pick a Pocket or Two" "It's a Fine Life" "I'd Do Anything" "Be Back Soon" Antrakt (filmin fasiləsi zamanı və ikinci hissə başlamazdan əvvəl səsləndirilir) "Who Will Buy?" "As Long As He Needs Me" "Reviewing the Situation" "Oom-Pah-Pah" "Reviewing the Situation" (təkrar) Son ("Where is Love?"/"Consider Yourself") Musiqidən çıxış
Mükafatlar və nominasiyalar Mükafatlar və nominasiyalar Mükafat Kateqoriya Laureat və namizədlər Nəticə1968-ci il Oskar mükafatı Ən yaxşı film Con Vulf (prodüser) Ən yaxşı rejissor Kerol Rid Ən yaxşı kişi rolu Ron Mudi Ən yaxşı ikinci plan kişi rolu Cek Vayld Ən yaxşı uyğunlaşdırılmış ssenari Vernon Harris Ən yaxşı operator işi Osvald Morris Ən yaxşı musiqi Con Qrin Ən yaxşı quruluşçu rəssam-dekorator işi Con Box, Terens Marş Ən yaxşı səs Buster Ambler, Con Koks, Cim Qrum, Bob, Jons, Toni Dav Ən yaxşı kostyumlar dizaynı Fillis Dalton Ən yaxşı montaj Ralf Kemplen Kinematoqrafiyadakı xidmətlərinə görə Fəxri "Oskar" mükafatı Onna Vayt Filmdə xoreoqrafiya sənətində parlaq nailiyyətlərinə görə 1968-ci il Qızıl Qlobus mükafatı Ən yaxşı kinofilm — Musiqili və ya Komediya Ən yaxşı rejissor işi Kerol Rid Ən yaxşı kişi rolu — Musiqili və Komediya kinofilm Ron Mudi Ən yaxşı ikinci plan kişi rolu Hyu Qriffit İlin Yeni Ulduzu-Aktyor Cek Vayld 1969-cu il Moskva Beynəlxalq Film Festivalı Xüsusi Mükafat Kerol Rid Ən yaxşı aktyor Ron Mudi
İstinadlar
Həmçinin bax
Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:1968-ci ilin filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:Pyeslərə əsaslanan ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Adaptasiyalara əsaslanan filmlər Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:Oğurluq haqqında filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:Müzikllərin film uyğunlaşdırmaları Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər