thumb Deyləmilər – Gilan vilayətində irandilli hərbçi bir tayfanın adıdır. Xəzər dənizinin cənub-qərb sahilində, İranın şimalındakı dağlıq bölgələrdə - Deylamda yaşayan bir İran xalqı idi.Fishbein, Michael, ed. (1990). The History of al-Ṭabarī, Volume XXI: The Victory of the Marwānids, A.D. 685–693/A.H. 66–73. SUNY Series in Near Eastern Studies. Albany, New York: State University of New York Press. p. 90, note 336. ISBN 978-0-7914-0221-4. Hazırda Gilan əyalətinin cənub-şərq yarısını əhatə edir. Eyni zamanda, müasir tədqiqatlar göstərir ki, talışların tarixi Deyləmi xalqı ilə müəyyən mədəni və dil əlaqələri var.Tapper, Richard. Frontier Nomads of Iran: A Political and Social History of the Shahsevan. Cambridge University Press, Cambridge, 1997, s. 30–46.Asatrian, Garnik. The Talish People. Routledge, London & New York, 2000, s. 15–22.Qədim dövrlərdə Talışların ərazisi Deylem adlanırdı və Deylemelilərin Talışlarla qohumluq əlaqəsi olması mümkündür. Rus tarixçisi Vasiliĭ Vladimirovich Deyləmiləri Talışların etnogenezində rol oynamış tayfalardan biri hesap edirdi.Vasiliĭ Vladimirovich Bartolʹd. Sochinenii͡a. Izd-vo vostochnoĭ lit-ry, 1965 — p.726

Tarixi Xəzər dənizinin qərbindəki dağlıq bölgənin tarixi adı. Şərqindəki Təbəristan (bugünkü Mazandaran) qərbindəki Gilanda geniş anlamla tarixi Deyləm bölgəsini əhatə edirdi. Deyləmdan olan döyüşçülər VI əsrdən etibarən fars şahlarının qoşunlarına daxil olmuşlar, sonradan isə ərəb xəlifələrinin qvardiyasının tərkib hissəsi kimi tanınmışlar. Onlar icarəçi olsalar da, çoxsaylı müsəlman hərbi yürüşlərinə baxmayaraq müstəqilliklərini qoruyublar. IX əsrin sonunda dəyləmilər, arasında əvvəllər Nestorian xristianlığı geniş yayılmış olsa da, şiə məzhəbində İslamı qəbul etmiş və qonşu bölgələrə işğalçı yürüşlər etmişlər.

İranda hökm sürən Deyləmli Buveyhilər sülaləsi 945-ci ildə Bağdada suveren oldular. Bundan sonra Abbasi xəlifələri Büveyhilerin icazəsiylə başda qala bildilər. Xəlifə Qaimin (1031–1075) çağırışı üzərinə Böyük Səlcuqlu dövləti hökmdarı Toğrul bəy, 1055-ci ildə Büveyhiləri Bağdaddan çıxardı və Abbasilərə yenidən möhtərəmlik qazandırdı.

Bəzi tarixçilər güman edirlər ki, talışlar, zazalar və goranlar deyləmlilərin törəmələridirlər.

Həmçinin bax Cüstanilər sülaləsi Buveyhilər sülaləsi

İstinadlar 5.Fəxri Gürgani, Vis və Ramin,epopeya,Azərbaycan Dövlət Nəşriyyatı,Bakı-1974,Azərbaycan dilinə tərcümə,səh.419

Kateqoriya:Xilafət Kateqoriya:Gilan tarixi Kateqoriya:Talış tarixi Kateqoriya:Talışlar