Eddi İsrafilov () — azərbaycanlı futbolçu. Hal-hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubuna məxsusdur. 2015-ci ilin yanvarında Azərbaycan millisində çıxış etməyə razılıq verib.
Həyatı Eddi İsrafilov 2 avqust 1992-ci ildə İspaniyanın Almeriya bölgəsində Roketas de Marda anadan olmuşdur. Onun atası anqolalıdır, anası İradə İsrafilova isə azərbaycanlıdır. Atası Bakıda ali təhsil alan zaman anası ilə tanış olub. Eddi rus, ingilis və ispan dillərində danışsa da, Azərbaycan dilini bilmir.
Klub karyerası Eddi 2005-ci ildə 13 yaşında Milanın Futbol Akademiyasına qoşuldu, ancaq iki il sonra "La Moyenera" klubuna keçdi. 2010-cu ilin yayında Eddi "Real Mursiya" komandasına qoşuldu.
Eddi komandada debütünü 8 may 2011-ci ildə etdi. O, Sequnda Divizya B-də ev oyununda meydana çıxdı, bu oyunda Eddinin komandası 2–1 hesabı ilə qalib gəldi. O Terkera Diviziyasında Real Mursiya İmperial komandası ilə bir neçə il keçirdi.
25 avqust 2012-ci ildə Eddi ilk dəfə rəsmi oyunda meydana çıxdı. "Sportinq de Qiyon" klubuna qarşı 3–2 hesabı ilə qalib gəldikləri oyunda Eddi əvəzetmədən meydana daxil oldu. 26 yanvar 2014-cü ildə o ilk qolunu vurdu. "RCD Malyorka" ilə ev oyununda fərqlənərək hesabı 2–2 etdi.
1 sentyabr 2014-cü ildə Eddi La Liqada mübarizə aparan "Qranada" klubuna icarəyə verildi. O ilk debütünü 20 sentyabrda Atletik Bilbao ilə oyunda etdi. Oyunun 62-ci dəqiqəsində Ruben Roşinanı əvəz edərək meydana daxil oldu.
Eddi İsrafilov 5 yanvar 2022-ci ildən etibarən Neftçi klubunun şərəfini qoruyur. O, Neftçinin heyətində ilk rəsmi matçını 1 fevral 2022-ci ildə Azərbaycan Kubokunda Sabah klubuna qarşı keçirib. İlk dəfə isə 18 mart 2022-ci ildə Neftçinin 85-ci yubileyində Qəbələyə qarşı Azərbaycan Premyer Liqasında keçirilən matçda fərqlənib. O ilk qolunu matçın 7-ci dəqiqəsində vurub. Bu qol həmin matçda onun vurduğu tək qol deyil. O həmçinin matçın 90+4-cü dəqiqəsində də fərqlənməyi bacarıb. Beləliklə, həmin matçda Eddi yalnız Neftçidə ilk qolunu vurmayıb, həm də dubl edib.
Klub statistikası Son yeniləmə:8 yanvar 2015 Mənbə: Klub çıxışı Liqa Kubok Qitə Başqa Cəmi Mövsüm Klub Liqa Oyun Qollar Oyun Qollar Oyun Qollar Oyun Qollar Oyun Qollar İspaniya Liqa Kopa del Rey Avropa Başqa Cəmi2010–11Real MursiyaSequnda Diviziya B10———10 2011–12Mursiya İmperiyalTerkera Diviziyası230———230 2012–13 Real Murcia Sequnda Diviziyası16010——170 2013–1435210—0380 2014–15QranadaLa Liqa4030——70 Cəmi İspaniya792500020862 Karyera cəmi792500020862
Milli komanda karyerası Eddinin atası Dominqo Paskual Anqolanın paytaxtı Luandada anadan olub. Anası İradə İsrafilova isə Bakıda anadan olub. Qaydalara əsasən, o hər iki ölkənin milli komandasında, həmçinin İspaniya millisinin heyətində çıxış edə bilərdi.
2013-cü ildə Eddi Qətər millisi ilə yoldaşlıq oyunu üçün Azərbaycan milli komandasının heyətinə çağırıldı. Lakin, o, klub öhdəliklərini əsas gətirərək təklifdən imtina etdi.
2015-ci ilin yanvarında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Eddinin milli komandanın heyətində çıxış etməyə razı olduğunu bildirdi.
Milli komanda statistikası Azərbaycan milli futbol komandasıİlBaşqaCəmiOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol201500000000100000 Cəmi00000000000000
İstinadlar
Xarici keçidlər BDFutbol profili Qranada FK profili
Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları İsrafilov Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:Qranada FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Tersera divizionunun futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular