"Jurnalistlərin dostu" mükafatı — "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən dövlət məmurlarına, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinə verilən mükafat.
Tarixi "Jurnalistlərin dostu" mükafatını "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilmişdir.
Məqsədi Mükafatın verilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
Laureatları thumb|İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdim edilməsi (2010) thumb|İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdim edilməsi (2013) thumb|İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdim edilməsi (2017) 1998: Nazim İmanov 1999: Sirus Təbrizli 2000: Əli Kərimli 2001: İsa Qəmbər2010-cu ildə bu mükafatdan imtina etmişdir. 2002: Heydər Əliyev 2003–2009: verilməyib 2010: İlham Əliyev 2013: İlham Əliyevİlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim edilmişdir . president.az, 24.11.2013 2017: İlham Əliyevİlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib . president.az, 20.07.2017
Qeydlər
İstinadlar
Həmçinin bax Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi
Kateqoriya:Jurnalistika mükafatları Kateqoriya:1997-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan mükafatları