Aston Villa FK () — İngiltərənin Birminhem şəhərini təmsil edən peşəkar futbol klubu.
1874-cü ildə qurulan klub, 1897-ci ildən bəri oyunları "Villa Park"da oynamaqdadır. 1888-ci ildə qurulan İngiltərə çempionatının qurucularından biri olmaqla yanaşı İngiltərə Premyer Liqasının qurucularından biridir. Keçmiş sahibi Duq Ellis tərəfindən 2006-cı ildə satışa çıxarılan klub ABŞ iş adamı Rendi Lerner tərəfindən alınmışdır. 2016-cı ilin iyunundan isə klubun sahibi çinli biznesmen Sya Jiantondur.
İngiltərə Premyer Liqasını və İngiltərə kubokunu 7 dəfə qazanan "Aston Villa" İngiltərənin ən uğurlu klublarından biridir. 1982-ci ildə UEFA Çempionlar liqasını qazanaraq bu kuboku başı üzərinə qaldıran 5 ingilis klubundan biri olmuşdur.Hayes Dean sf.57 5 dəfə İngiltərə Liqa kubokunu və 1 dəfə İngiltərə Super kubokunu da qazanan "Aston Villa" kuboklar baxımından İngiltərənin ən böyük 4-cü klubudur.
"Aston Villa" Birminhem şəhərinin bir digər təmsilçisi olan "Birmingem Siti" klubu ilə daimi rəqabət içərisindədir və 1879-cu ildən bəri bu iki klub arasında oynananılan derbi "Birmingem derbisi" adlandırılır. Klubun rəngləri bənövşəyi və göydür. Klubun emblemi isə açıq mavi fonda şahə qalxmış sarı rəngli şir və onun altına yazılan və klubun şüarı olan "Prepared" sözündən ibarətdir.
Tarixçə
Yaranma və ilk illər thumb|Aston Villanın 1899-cu ildəki heyəti. Komandanın kapitanı Corc Remsi arxa sıranın ən solundadır. "Aston Villa" Birminhemdəki bir kriket klubunun üzvlərindən olan Cek Hays, Frederik Matteus, Valter Pris və Villiam Skattequd tərəfindən 1874-cü ilin martında qurulmuşdur. İlk oyununu yerli reqbi klublarından olan "Aston Bruk" "Sent Meri"yə qarşı "Vilson Road" stadionunda oynamışdır. Rəqib reqbi klubu olduğundan oyunun ilk 45 dəqiqəsi reqbi, qalan 45 dəqiqəsi futbol qaydaları ilə oynanılmışdır. Hər komandadan 15 nəfərin qatıldığı oyunun ilk hissəi 0:0 hesabı ilə bitmiş, ikinci hissədə Cek Haysın atdığı qolla "Aston Villa" tarixindəki ilk oyununda 1:0 qalib gəlmişdir. 1876-cı ildə klub ev oyunlarını Perri Barda oynamağa başlamışdır. Eyni ildə komandaya qatılan Corc Remisnin kapitanlığı ilə komanda 1880-ci ildə finalda Saltli Kollecini 3:1 məğlub edərək Birmingem Gənclik kubokunun qalibi olmuş və tarixində ilk kubokunu qazanmışdır. Uzun illər klubun şərəfini qoruyan Corc Remsi karyerasını bitirdikdən sonra klubun baş məşqçisi, dah sonra prezidenti olmuşdur.
1887-ci ildə finalda "Vest Bromviç" klubunu 2:0 məğlub edən "Aston Villa" tarixində ilk İngiltərə kubokunu qazanmışdır. 1880-ci ildə kapitanlığı alan Arçi Hanter kuboku qazanan ilk "Aston Villa" kapitanı olmuşdur. 1885-ci ilə qədər futbol həvəskar şəkildə oynanılmışdır. Klubun prezidenti Villiam Makqreqor İngiltərə kuboklarının oyunları ististna olmaqla oyunlara az sayıda azarkeşin gəlməsindən narahatlıq duyurdu. Oyunlara olan marağı artırmaq üçün ölkənin ən tanınmış 12 klubu ilə birlikdə İngiltərə çempionatını qurmuşdur. İlk çempionat 1888-ci ildə keçirilmiş və Aston Villa da iştirak etmişdir. Liqadaki ilk oyununu 8 sentyabr 1888-ci ildə Vulverhəmpton Uonderersə qarşı keçirmiş və oyun 1:1 hesabı ilə bitmişdir. Komandasının yeganə qoluna imza atan Tommi Qrin Aston Villanın peşəkar liqalardaki ilk qoluna imza atmışdır. İlk mövsümü Aston Villa çempion Prestonun 11 xal gerisində 2-ci yerdə tamamlamışdır.
Viktoriya və Edvard dövrü thumb|Aston Villanın 1894–95 mövsümündə İngiltərə kubokunu qazandığı heyət Orta sıralarda keçən mövsümlərdən sonra "Aston Villa" 1892-ci ildə İngiltərə kubokunun finalına yüksəlmiş, amma "Vest Bromviç"ə 0:3 hesabı ilə uduzmuşdur. Nəhayət 1893/94 mövsümündə "Aston Villa" 30 oyuna 44 xal toplayaraq ilk çempionluğunu qazanmışdır. Ertəsi mövsüm isə İngiltərə Kubokunu qazanmışdır. 1895–96 və 1896–97 ilə 1898–99 və 1899–1900 mövsümlərində ard-arda çempionluq qazanmışdır. 1997-ci ildə indiki stadionu olan Aston Lovers Qraunda köçmüşdür. 1900-cü illərdə azarkeşlər stadionu "Villa Park" adlandırmağa başladılar. Rəsmi açıqlama verilməməsinə baxmayaraq stadion bu adla qalmışdır. Bu uğurların qazanılmasında Con Devey ilə Hovard Spenser böyük rola sahib idilər.
XX əsrin əvvəllərində futbolun inkişafı nəticəsində rəqabət də güclənirdi. 1900–01 mövsümündə ilk 4 oyununda qalib gəlməsinə baxmayaraq sonda "Aston Villa" 4-cü yeri tutmuşdur. Kristal Palas İdman Mərkəzində oynanılan İngiltərə kubokunun finalında "Aston Villa" "Nyukasl Yunayted"i Harri Hemptonun qolları ilə 2:0 məğlub etmişdir. 101.117 azarkeşin izlədiyi oyun İngiltərə kuboku tarixində ən çox azarkeşin gəldiyi final olmuşdur. Bu zəfərdən sonra Aston Villa qısa düşüş yaşasa da 1910-cu ildə sayca 6-cı çempionluğunu qazanmışdır. thumb|left|1905 İngiltərə kubokunun finalında Harri Hemptonun atdığı qol Klub tarixinin ən əfsanəvi oyunçularından biri olan Klem Stefensonun transfer olunduğu 1910/11 mövsümündə böyük rəqabət yaşanmışdır. Çempionu isə son oyun müəyyən etmişdir. Sonuncu tura lider kimi girən Aston Villa Liverpula uduzmuşdur. İkinci yerdə olan Mançester Yunayted isə Sanderlendə qalib gələrək çempion olmuşdur. 1911-ci ildə isə nəhayət Villa Park satın alınmışdır. 1912-ci ildə əfsanəvi qapıçı Sam Hardi kluba qatılmışdır. 1913-cü ildə 5-ci İngiltərə kubokunu qazanan Aston Villa İngiltərənin ən uğurlu klublarından biri olmuş və Birinci Dünya müharibəsinə qədər 6 çempionluq və 5 kubok qazanmış oldu. 1896–97 mövsümündə həm çempionluğu, həm kuboku qazanması 1960–61 mövsümündə Tottenhemə qədər təkrarlanmamışdır.
Birinci Dünya müharibəsindən sonra Birinci Dünya müharibəsindən sonra 1919–20 mövsümünü 8-ci bitirən Aston Villa həmin il 7-ci dəfə İngiltərə kubokunu qazanmışdır. Bu dövrdə forma geyən və İngiltərə millisinin kapitanı olmuş Frank Moss ilə 244 qolla klub tarixinin ən çox qol atmış oyuçusu olan Billi Valkerin rolu danılmazdır. Kubok çempionluğunun ardından klubda düşüş başladı. Klub bir çox transfer etdi. İşlər nəticəsində 1927-ci ildə Erik Hoyton və Cimmi Qibson kluba gətirilmişdir. 1928-ci ildə gətirilən hücumçu Tom Varinq 1930–31 mövsümündə 49 qol ataraq bombardir olsa da Aston Villa mövsümü Arsenalın 7 xal gerisində 2-ci yerdə tamamlamışdır. Ümumilikdə mövsümü 50 qolla bağlayan Varinq klub tarixində bir mövsümdə ən çox qol atan futbolçu olmuşdur. Hoyton isə həmin mövsüm 30 qol atmışdır.
Növbəti mövsümlərdə uyğun olaraq 5, 2 və 13-cü yerlərdə bitirən klub Corc Kumminqsin forma geyməyə başladığı 1935–36 mövsümündə 42 oyuna 110 qol buraxaraq sondan ikinci yeri tutmuş və tarixində ilk dəfə aşağı divizyona düşmüşdür. Bu hadisələrdən sonra baş məşqçi postuna Cimmi Hoqan gətirilmişdir. Aşağı dəsətədə ilk mövsümünü 9-cu yerdə bitirən Aston Villa növbəti mövsüm çempion olaraq elitaya qayıtmışdır, amma İkinci dünya müharibəsi başladığından klub düz 7 il oyun keçirməmişdir.
İkinci Dünya müharibəsindən sonra Müharibənin bitməsindən sonra yeni baş məşqçi Aleks Masinın öndərliyində klubda dəyişikliklər baş vermişdir. Suonsi Taundan 9.500 funt sterliqə transfer edilən 23 yaşlı Uelsli hücumçu Trevor Fordun 1946-cı ildə komandaya qatılmasından sonra müharibəsən sonrakı il mövsüm olan 1946–47 mövsümünü klub 8-ci bitirmişdir. 4 il komandaya xidmət verən Trevor 1950-ci ildə Sanderlendə 300.000 funt-sterlinqə transfer olaraq Britaniyanın ən bahalı transferi olmuşdur. 1945-ci ildə kluba qoşulan Conni Dikson 430 oyuna çıxaraq klub tarixində ən əhəmiyyətli oyunçular arasında özünə yer tapmışdır.
Orta sıralarda keçən mövsümlərin ardından Massi kluba yeni transferlər gətirməyə davam etmişdir. 1951-ci ildə Bernlidən 15.000 stelinq qarşılığında alınan Danni Blankflover bu transferlərin başında gəlməkdədir. Villa 1951–52 mövsümünə əla başlamış və ilk 8 oyundan sonra lider Mançester Yunayteddən geri qalmışdır. Mövsümə son 19 ilin ən yaxşı başlanğıcı ilə başlayan Aston Villa mövsümü 6-cı bitirmişdir. 1952–53 mövsümünü 11-ci bitirdikdən sonra isə Aleks Massi istefaya göndərilmişdir və 1953-cü ilin sentyabrında klubun başına yenə Erik Hoyton gətirilmişdir. Onun ilk transferi Dundalk forması geyən 19 yaşlı hücumçu Peter Makparland olmuşdur. Uzun illər klubun şərəfini qoruyan Makparland 350 oyuna 120 qol atmışdır. Hoytonun ilk ilində Aston Villa mövsümü 13-cü yerdə bitirmişdir. Enişli-çıxışlı permormans göstərən Aston Villa 1957-ci ildə finalda Mançester Yunaytedi 2:1 məğlub edərək 37 il sonra İngiltərə kubokunu qazanmışdır. Final oyununda hər iki qola Makparland imza atmışdır. Hoytonun uğurlu transferlərin biri də 1956-cı ildə qapıçı Nigel Sims və 1957-ci ildə hücumçu Qerri Hitçens olmuşdur.
Enişli illər 1958–59 mövsümündə baş məşqçi postuna Hoyton əvəzinə Co Merser gətirilsə də komanda sondan ikinci yeri tutaraq ikinci dəfə elita ilə vidalaşmışdır, amma 1960–61 mövsümündə Aston Villa ikinci divizyonu çempion olaraq olaraq üst liqaya qayıtmışdır. Mövsümün sonunda Conni Diksonun karyerasını bitirməsi və Qerri Hitçensin komandadan ayrılması nəticəsində kluba Çarli Aitken, Alan Dikin, Con Sliuvenhoek və Harri Burrovs kimi gənclər cəlb olunmuşdur. Ertəsi mövsüm ilk dəfə təşkil olunan İngiltərə Liqa kubokunda Aston Villa çempion olmuşdur və kubokun ilk sahibi olmuşdur.Ward, Adam; Griffin, Jeremy; sf. 93 Kuboku qazanan heyət çox gəc olduğundan heyətə Merserin kiçikləri mənasını verən "Merser's Minors" ləqəbi verilmişdi. 1961–62 mövsümünü 7-ci tamamladıqdan sonra 1962–63 mövsümündə 15, 1963–64 müvsümündə sondan 4-cü olan 19-cu yeri tutmuşdur. iyun 1964-cü ildə baş məşqçi Co Merser aldığı pis nəticələr və səhhətindəki problemlərə görə klubdan ayrılmışdır.Ward, Adam; sf. 97 Yerinə gələn Dik Taylor ancaq komandanın komandanın dalbadal iki mövsüm 16-cı yeri tutmasına şərait yarada bildi.Ward, Adam; sf. 96–97
1966–67 mövsümündə Aston Villa son oyunda Evertona 2:4 uduzaraq 3-cü dəfə 2-ci liqaya düşmüşdür. Baş məşçi kimi Tommi Kumminqs gətirilmişdir. Həmçinin idarə heyətindən də 5 nəfər istefaya göndərilmişdir.Ward, Adam; Griffin, Jeremy; sf. 98 Həmin dövrdə klubun ən yaxşı oyunçuları olan Fil Vosman və Toni Hateli başqa komandaya göndərilmişdir.Ward, Adam; Griffin, Jeremy; sf. 96 Növbəti mövsümü yenə 16-cı yerdə tamamladıqdan sonra azarkeşlər Kumminqsi istefaya çağırdılar.Ward, Adam; Griffin, Jeremy; sf. 100 1968-ci ilin noyabrında — komanda sonuncu yerdə ikən Kumminqs göndərilmişdir. 21 noyabr 1968-ci ildə isə idarə heyətinin üzvlərindən Corc Robinzon istefaya göndərilmişdir. Bir neçə həftə sonra isə idarə heyəti istefa etmişdir. Satışa çıxarılan klub London biznesmeni Pat Matteus tərəfindən satın alınmışdır. Matteus 16 dekabr 1968-ci ildə yeni təşkil olunan idarə heyətinin başına Duq Ellisi gətirtmişdir. İki gün sonra yeni baş məşqçi postu üçün Tommi Dokerti ilə danışıqlar aparılmışdır.
Yenidən güclənmə Yeni baş məşqçi Dokertinin başçılığı altında komandada özünə inam artmış və Aston Villa liqanın ilk 5 oyununda qalib gəlmişdir. Əvvəl az sayıda olan azarkeşlərin sayı artmağa başlamışdır. Dekabrda Çarlton Atletiklə oyunu 12.000 azarkeş izləmişdir. 1967–68 və 1968–69 mövsümlərini uyğun olaraq 16-cı və 17-ci tamamlanmışdır. 1969-cu ilin yayında klubun hissələri 200.000 £ artmış və transferə ayrılan pulun 140.000 £ olduğu müəyyən olunmuşdur.Ward, Adam; Griffin, Jeremy; sf. 102 1969-cu ilin sonlarında komanda 2-ci divizyonun sonlarında idi və nəticədə Dokerti komandadan göndərilmişdir. Əvəzinə isə Vik Krov gətirilmişdir. Komandanın çıxışında artım baş vermədi və Aston Villa 1969–70 mövsümündə tarixində ilk dəfə 3-cü divizyona yuvarlanmışdır.