() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Ümumi yayılması Gürcüstanda təbii arealı vardır.

Azərbaycanda yayılması Quba rayonunun dərələrində və meşə kənarlarında yayılmışdır.

Statusu Azərbaycanın nadir bitki növüdür. LC.

Bitdiyi yer Aşağı və orta dağ qurşağında meşə və yol kənarınd çay, bulaq yaxınlığında yayılmışdır.

Təbii ehtiyatı Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri Təbiətdə alçaqboylu koldur. Bitkinin birillik zoğları qövsvarı əyilmiş, uzun tüklü və düz və ya zəif əyilmiş tikanlıdır. Yarpaqları iri olub 5 yarpaqcıqlıdır. Yarpaqcıqların alt hissəsi ağımtıl keçətük-lüdür. Yarpaqlarının ucu sivri olub ikiqat mişardişlidir. Yarpaqcıqları 11–14 sm uzunluğunda, 7–9 sm enində ola bilir. Çiçəyinin oxu tilli, olub üzəri tikanlıdır. Çiçəkləri iri, 1 və ya 3 çiçəklidir. Meyvəsi uzunsov silindr şəkillidir. Meyvənin toxumları çox xırdadır. Bitki may ayında çiçək açır, avqust ayında isə meyvə verir.

Çoxalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Böyürtkən Kateqoriya:1925-ci ildə təsvir edilən bitkilər