Bəxtəvər () — 2012-ci ildə Nikolas Sparksın eyniadlı romanı əsasında rejissor Skott Hiks tərəfindən çəkilmiş dram-melodram filmi.

Məzmun Loqan Tibault İraqda hərbi xidmətdə olan gəncdir. Bir gün arxasında "Saxla" yazılı olan bir gənc qadın şəkli tapır. Qadının gözəlliyinə heyran qaldığı bir vaxt komandası hücuma məruz qalır, lakin o bundan xilas ola bilir. Öz xilasının şəkilə görə olduğunu düşünən Loqan həmin şəkildəki qadını axtarmağa başlasa da, tapa bilmədiyi üçün artıq onun öldüyünü fikirləşir.

Amerikaya geri qayıtdıkdan sonra İraqda olan hadisələri unuda bilmədiyi üçün bir xeyli çətinlik çəkir. Bir gün həmin şəkildəki qadının Luiznada yaşadığına dair bir işarə tapır və həmin işarəni izləyərkən qadını tapır. Adının Bet Qrin olduğunu öyrənən Loqan, ona hər şeyi başa salmağa çalışsa da, dili dolaşır və izah edə bilmir. Anası ilə itlər satılan mağazada işləyən Bet, onun iş elanına görə gəldiyini fikirləşir. Loqan da özünü elə aparmağa çalışsada bu Beti narahat edir. Anası isə Loqana iş verməyi qərara alır.

Hadislərin davamında Loqan qısa vaxt ərzində ailəyə daxil ola bilir. O, Betin oğlu ilə yaxşı yola gedir. Daha sonra isə şəklin sahibinin Betin qardaşı olduğunu və İraqda ölməsini öyrənməsi ona pis təsir edir. Nəhayət Betlə münasibətlərə başlayır və bu onun anasının ürəyincə olur. Lakin, Betin keçmiş həyat yoldaşının oğulunu geri almaq istəməsi problemlər yaradır. Onlar ikisi bütün problemlərin öhdəsindən gəlməyə çalışacaqlar.

Rollarda Zak Efron — Loqan Tibault Teylor Çillinq — Bet Qrin Blit Danner — Elie Cey Ferquson — Keyt Kleyton Rayli Tomas Stüart — Ben Kleyton Adam Lefevre — Cac Kleyton Coe Çrest — Debuti Mur Enn Makkenzie — Çarllote Kleyton Kendal Tatl — Dreyk "Akes" Qrin Robert Terral Hayes — Viktor Rass Komeqiss — Ruqer Lay Şeron Morris — Prinsipal Miller

Ev üçün buraxılış Bəxtəvər filminin DVD diski 20 avqust 2012-ci ildə satışa çıxarıldı.

Mükafat və Nominasiyalar Mükafat Kateqoriya Namizəd Nəticə Qızıl Treyler Mükafatı 2012 Ən Yaxşı Romans Find You Ən Yaxşı Romans Posteri One Sheet Ən Yaxşı Romanse TV Layihəsi Reveal Yeniyetmə Seçimi Mükafatı 2012 Ən Yaxşı Dram Aktyoru Zak Efronrowspan="2" Ən Yaxşı Melodram Aktrisası Ən Yaxşı Film Melodram Aktrisası Teylor Çillinq Ən Yaxşı Drama Bəxtəvər Ən Yaxşı Öpüş Zak Efron & Teylor Çillinqrowspan="2" Ən Yaxşı Melodram Bəxtəvər Xalqın Seçimi Mükafatı 2013 Ən Yaxşı Dram Filmi Ən Yaxşı Dram Film Aktyoru Zak EfronGənc Artist Mükafatı 2013Ən Yaxşı Performans — Gənc Baş Rol Aktyoru Rayli Tomas Stüart

İstinadlar

Xarici keçidlər Filmin rəsmi vebsayt

Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:2012-ci ilin dram filmləri Kateqoriya:Melodram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2012-ci ilin ABŞ filmləri Kateqoriya:Luiziana haqqında filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Dramlar Kateqoriya:Luizianada çəkilmiş filmlər Kateqoriya:Bəstəkar Mark Ayşemin filmləri Kateqoriya:Müharibə filmləri