İraq tarixi — Müasir İraqın ərazisi dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. İraqın Kürdüstan dağlıq rayonunda qədim Daş dövründə yaşamış insan məskənlərinin izləri (Şonidar mağarası), Mesopotamiyada isə eramızdan əvvəl beşinci minilliyə aid olan mis alətlər, qab-qacaq aşkar edilmişdir. İraqın dağlıq ərazilərində məskunlaşan tayfaların heyvandarlıq, Mesopotamiyada yaşayanların isə əkinçiliklə qədim zamanlardan məşğul olmaları məlumdur. Qədim İraq mədəniyyətinin ilk yaradıcıları burada yaşayan şumer tayfaları olmuşdur. Sonradan bu yerlərdə akkad, babil, assur və sasanilərin hökmranlığı qüvvətlənir.
Orta əsrlər VII yüzilliyin 30-cu illərində isə İraqda ərəbləşmə prosesi geniş vüsət alır, İslam dini hakim dinə çevrilir. 633–642-ci illər arasında Ərəb xilafəti torpaqlarına daxil edildi. Bölgə Əməvilər və Abbasilər xilafəti dövrlərində ən parlaq dövrəsini yaşamışdır. O zamanlar Bağdad dünyanın ən əhəmiyyətli mədəniyyət və ticarət mərkəzi idi. İraq 637-ci ildə müsəlmanlar tərəfindən fəth edilməsindən sonra Xəlifə Əli dövründə İslamın mərkəzi halına gətirilmiş və xilafətin paytaxtı Kufəyə köçürülmüşdür. Əli ilə Əməvilər arasındakı Siffin döyüşü də İraq sərhədləri daxilində baş vermişdir. Bu döyüşün ardında bölgə günümüzə qədər sürən fərqli təriqət və etnik qrupların mübarizələrinə səhnə olmuşdur. Əməvilər dövründən sonra Abbasilər bölgəyə hakim olmuş, daha sonra 1055-ci ildən etibarən bölgə Səlcuqlular'ın hakimiyyətinə girmişdir. İraq ərazisi1258-ci ildən etibarən isə Monqol istilası'na uğramış və iki əsr monqol idarəsində qalmışdır. Tarixi qaynaqlar Dəclə çayının günlərlə mürəkkəb rəngində axdığı və minlərlə dərilik kitabı İran körfəzinə daşıdığını yazırlar. Daha sonra bölgə Ağqoyunluların (1444–1467), 1499–1508-ci illər arasında isə Səfəvilərin hakimiyyətinə girmişdir. İndiki İraq ərazisi 1534-cü ildən 1917-ci ilə qədər, qısa müddətlik istilalar xaric olmaqla Osmanlı imperiyasının tərkibində qalmışdır.
XX əsr XIX əsrin axırları, XX əsrin əvvəllərində Mosul rayonunda neft yataqlarının aşkar edilməsi və Bağdad dəmir yolunun çəkilişi ilə əlaqədar İraq Qərb dövlətlərinin (Almaniya, Böyük Britaniya) rəqabət obyektinə, 1920-ci ildə isə rəsmi şəkildə Böyük Britaniyanın mandatlı ərazisinə çevrilir. Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasının Yaxın Şərqdən çəkilməsinə səbəb olan bəzi yerli üsyanlar olmuşdur. Bu üsyanlarda ingilislərin təşviqi ilə Məkkə əmiri Şərif Hüseyindən də istifadə edilmişdir. Şərif Hüseyin və oğullarına Osmanlının yıxılmasından sonra qurulacaq olan Böyük Ərəb Dövlətinin krallığı vəd edilmişdi, lakin bunun əvəzində 1916-cı ildə Böyük Britaniya və Fransa arasında əldə edilən Sayks-Pikot müqaviləsi'nə əsasən bölgə hegemon Avropa dövlətləri tərəfindən zəbt edildi. Bu razılaşmağa görə yeni- "süni" dövlətlər quruldu. Sayks-Pikot xətti deyilən bu sərhədlər, o dövrün şərtlərində dünyanın iki böyük imperialist gücü olan Böyük Britaniya və Fransanın Yaxın Şərqə baxışlarını əks etdirir. Fransız və ingilis zabitlər bölgənin etnik və dini şəraitini nəzərə almadan, yalnız öz mənafeləri istiqamətində, təkcə xəritə üzərində mövcud olan yeni ölkələr meydana gətirməklə bəzi etnik qrupları da parçaladılar. Bu razılaşma nəticəsində qurulan dövlətlərdən İraq, İordaniya və Fələstin Böyük Britaniya bölgəsini, Suriya və Livan isə Fransa bölgəsini təşkil etmişdir. Yekun olaraq İraq, sahib olduğu coğrafi xüsusiyyətləri etibarilə müdaxiləyə açıq olması səbəbilə müxtəlif güclərin hakimiyyətinə girmiş, zəbtlərə uğramışdır. 1918-ci ildə İraq, Osmanlı dövlətindən tamamilə ayrılmış və 1920-ci ildə təşkil edilən San Remo konfransı ilə İngilis mandatına verilmişdir.
İngilis işğalı dövrü İngilislər əvvəllər ölkəni birbaşa idarə etmək fikrində olsalar da xalqın sərt müxalifətilə qarşı-qarşıya qalmışlar. Ortaya çıxan üsyanlarda xüsusilə Şiə əhali əsas rol almışdır. Şiələrin əksəriyyətdə olduğu Nəcəf, bu dövrdə üsyanın mərkəzinə çevrilmişdir. Nəticədə ingilislər tərəfindən Məhəmməd Peyğəmbərin nəslindən olan Kral Feysəl İraqın başına keçirilmişdir. Bu üsulla ingilislər həm İraqa tamamilə hakim olmaq, həm də Osmanlının ardından ortaya çıxan xəlifə boşluğunu bu şəkildə dolduraraq digər İslam ölkələrinə də təsir etməyi planlaşdırmışdır.
Kral Feysəl başa keçməsiylə birlikdə yaşanan ən əhəmiyyətli inkişaf Ərəb xalqçılığının teorisyeni Sati əl Hüsrinin İraqa gətirilməsidir. Onun qurduğu Ərəb birliyinə istiqamətli təhsil sistemi xüsusilə Şiə qrupların reaksiyasını yığmışdır. Kral Feysəl güclü və müstəqil bir İraq qura bilmənin yolunun güclü bir ordudan keçdiyini bilirdi. Bu səbəblə bu tip bir ordunun meydana gəlməsi üçün bütün gücü ilə çalışsa da İraqlı Kürdlər və Şiələrin mənfi rəftarıyla qarşılaşmış və əsgərə götürmələrdə daim problemlər yaranmışdır. Hər iki birlik də Sünni Ərəblərə əsgər olaraq xidmət etməyi rədd etmişlər.
Sonrakı illərdə Sünnilərlə Şiələr arasındakı inteqrasiya müddəti yaşanmış qarşılıqlı evliliklər və ticarət əlaqələri olmuşdur. 1928 gəlindiyində 88 nəfərlik İraq parlamentində 26 Şiə üzv vardı. 1930-cu ildə İraq hökuməti müstəqil bir dövlət olma yolunda İngiltərə ilə 25 illik bir razılaşma imzaladı və İraq 1932-ci ildə Millətlər Cəmiyeti'nə müstəqil bir dövlət olaraq qatıldı. 1933 Kral Farukun ölümünün ardından ölkədə dini və etnik qarşıdurmalar artdı.
1935da İtalyanların Həbəşistan'ı işğal etməsi Orta Şərq ölkələri arasında xüsusilə təhlükəsizlik narahatlığının meydana gəlməsinə səbəb olmuşdur. İtalyanlar Şimali Afrikada qurduqları bu hakimiyyəti Orta Şərqə də yaymaq istədi. Nəticədə Yəmən'lə bağladığı müqavilə ilə Qırmızı dəniz'ə nəzarəti ələ keçirdi. Bu səbəblə Orta Şərq ölkələri arasında Sədabad müqaviləsi imzalandı.
İkinci dünya müharibəsi illərində hakim güclər arasında yaşanan mübarizə İraq üzərində də olmuşdur. Almanlar etdikləri inqilab ilə özlərinə yaxın bir hökuməti başa gətirsələr də, edilən əks-inqilab ilə İngilislər təkrar hakimiyyəti qurmuşlar. İkinci dünya müharibəsi illərində Türkiyə sərhədlərinə qədər gələn Almanların məqsədlərindən biri də Türkiyəni keçərək İraqdakı yandaşlarına yardım edib, buradakı İngilis hakimiyyətini qırmaq idi, lakin daha sonra Alman ordularının Rusiyaya qayıtması, Türkiyənin işğalı və İraqa çatma planlarından imtina etməsinə səbəb oldu. İngilislər İraqı da Almaniyaya qarşı döyüşə girməyə təşviq etsə də İraq rəhbərliyi Türkiyəni nümunə götürərək eyni siyasətləri izləmiş və döyüşə girməmişdir.
1936-cı ildə Kürd mənşəli bir Polkovnik olan Bəkir Sidqi liderliyində bir inqilab reallaşdı. 1941-ci ildə isə May hərəkatı olaraq bilinən ikinci bir zərbə oldu. 1945-ci ildə Ərəb ölkələri bir araya gələrək, bir Ərəb Birliyi təşkilatı qurdular. Ərəb Birliyi hərəkatı Ərəb ölkələri arasında milliyyətçilik duyğularının da artmasına səbəb oldu. Bunun nəticəsi olaraq da İraq, Suriya, İordaniya və Livan bir tək ölkə olaraq birləşmə düşüncəsi ortaya atıldı. Ərəblərin birləşmə düşüncəsini xüsusilə İngiltərə dəstəkləyirdi. Bu birləşmə ilə İngilislər, Suriya və Livandakı Fransız hakimiyyətini qaldıraraq bu bölgələri də öz hakimiyyəti altına almağı məqsəd qoyurdular. Digər güclü bir Ərəb ölkəsi olan Misirdə bu birləşməyə qarşı çıxırdı. Onun narahatlığı isə Ərəb dünyasının ən böyük ölkəsi olma xüsusiyyətini itirəcək olması idi. Orta şərqdə İngilislərin təsirinin zəifləməsi, İsrail dövlətinin qurulması, Misirin müxalifəti kimi səbəblərlə bu birlik fikri həyata keçirilə bilmədi. 1960-cı illərdə Misir və Suriyanın birləşmələri xaricində Ərəb ölkələri arasında hər hansı bir birləşmə olmadı.
İsrailin qurulması ilə Ərəb Türkiyə əlaqələri yeni bir dövrə girdi. ABDın təsiri ilə Türkiyənin İsrail dövlətini tanıması Ərəb ölkələrində reaksiya ilə qarşılandı. Türkiyə bu reaksiyaları azaltmaq və yeni müttəfiqlər tapa bilmək üçün İraqla yaxınlaşmağa çalışdı və ABŞ və İngiltərənin aktiv iştiraklarıyla Bağdad Paktını imzalandı. İkinci Dünya döyüşü sonrası Dünya üzərindəki güc tarazlıqlarında böyük dəyişmələr yaşandı. İngiltərə hakimiyyətini itirərkən ortaya çıxan boşluğu ABŞ və Sovetlər doldurmağa başladı. İraq isə bu dövrdə Sovetlər Birliyi yanında iştirak etdi.
Müstəqillik Geniş xalq kütlələrinin inadkar mübarizəsi nəticəsində 1958-ci il iyulun 14-də ölkədə monarxiya rejimi devrilir və İraq respublika elan olunur. 1959-cu ildə o, Bağdad paktından çıxır, ərazisindəki hərbi bazaları ləğv edir və iqtisadiyyatın müxtəlif sahələrində demokratik dəyişikliklər həyata keçirməyə başlayır, lakin 1960-cı ildən dövlət rəhbərliyində diktatura rejimi meyli qüvvətləndiyindən demokratik təşkilatların fəaliyyəti məhdudlaşdırılır və 1961-ci ilin sentyabrında kürdlərə qarşı müharibə başlanır. 1968-ci ilin 17 iyulunda o vaxtdan həmin gün Milli bayram-İnqilab günü qeyd olunur, hakimiyyətə gələn Ərəb Sosialist Dirçəliş partiyasının rəhbərliyi ölkədə mütərəqqi sosial iqtisadi dəyişikliklər həyata keçirməyə başlayır. 1970-ci il martın 11-də İraq hökuməti kürd probleminin dinc yolla nizama salınması bərədə bəyanat verir və kürdlərə qarşı 10 ildən artıq davam edən müharibəyə son qoyulur. 1974-cü ildə isə kürdlərə milli muxtariyyət verilməsi barədə Qanun qəbul edilir.
1980-ci ilin sentyabrında İraq-İran münasibətləri olduqca kəskinləşərək uzun sürən dağıdıcı müharibəyə çevrilən hərbi toqquşmaya səbəb oldu. Kökü çox uzaq tarixi keçmişə gedən İraq-İran münaqişəsinin əsasını dini, siyasi və ərazi xarakterli ixilaflar təşkil edirdi. Bu müharibə bir tərəfdən ABŞ-yə Yaxın Şərqdəki itirilmiş mövqeyini möhkəmlətməyə imkan verdi. Digər tərəfdən isə siyasi baxımdan "barıt çəlləyinə" bənzəyən Yaxın Şərqdəki vəziyyəti lap gərginləşdirdi. Dünya mətbuatında İraq-İran müharibəsi müxtəlif cür "tanker müharibəsi", "qeyri-adi müharibə", "iqtisadiyyatı əldən salmaq müharibəsi" və s. adlandırılıb. İran körfəzində 7 il 6 aydan artıq davam edən bu müharibə XX əsrdə Asiyada ən uzun və dağıdıcı müharibə olmuşdur. Bu müharibənin vurduğu ziyanı dəqiq hesablamaq olduqca çətindir. Müharibə nəticəsində hər iki ölkə özlərinin inkişaf səviyyəsini ən azı 15–20 il geri atıblar. 1988-ci ilin 20 avqustunda İraq-İran cəbhəsində barışıq barədə razılaşma əldə olunur. Bu hadisədən 5 gün əvvəl isə İraq prezidenti Səddam Hüseyn, İran prezidenti Haşimi Rəfsancaniyə 1975-ci il Əlcəzair müqaviləsi əsasında sülh bağlamaq müraciətini edir. Həmin müqaviləyə əsasən ölkələr arasında mübahisəli sərhəd xətti Şətt-ül-Ərəb çayının talveqindən (ortasından) keçirdi. Bağdadın müraciəti Tehran tərəfindən qəbul olunur və avqustun 17–22-si arasında İran öz qoşunlarını İraq sərhədindən uzaqlaşdırır. 1990-cı ilin oktyabrında isə hər iki ölkə diplomatik münasibətlərini bərpa edirlər.
Körfəz və İraq müharibələri