Natan Mayer Rotşild() — Mayer Amşel Rotşildin oğullarından biri.

thumb|alt=Rəsm|Baron Nathan Rothschild

Həyatı Napoleonun Avropa müharibələri zamanında Rotşild ailəsi üçün Avropada işləmək çətinləşdi. Ona görə onlar öz kapitallarının investisiyaları üçün alternativ yer axtarmalı idilər. Çox götür-qoydan sonra tapdılar — İngiltərə. Həmin dövrdə Napoleona görə İngiltərə kontinental blokadaya düşmüşdü, düşmən orduları İngiltərəyə keçəcək malları buraxmırdılar. İngiltərə dövlətinin problemini görən Rotşild qardaşlarından biri — Natan hakimiyyətə təklif verir. Təklif ondan ibarət idi ki, Napoleonun qoyduğu qadağaya baxmayaraq Rotşildlər ailəsi İngiltərəyə şərqdən lazım olan malları gətizdirəcək. Amma bu dövlət üçün iki dəfə bahaya başa gələcək. Qiymətlərin yüksək olmasına baxmayaraq İngiltərə hakimiyyəti Natan Rotşildin verdiyi təkliflə razılaşır.

Natan başqa Avropa ölkələrində olan qardaşların köməyi ilə qaçaqmalçılarla əlaqə qurur və şəbəkə yaradır. Həmin qaçaqmalçıların əli ilə Napoleonun ruhu duymadan İngiltərəyə şərq mallarını gətizdirib aldığı qiymətlərdən iki dəfə baha satır.

Qaçaq mallardan qazandığı pullarla Rotşildlərin İngiltərədəki bankı ölkənin və Avropanın ən böyük banklarından birinə çevrildi. Pulunun çoxaldığını görən Natan yaxşı həyat yaşamaq əvəzinə daha çox pul qazanmaq üçün başqa bir yola əl atmaq fikrinə gəlir. İngiltərənin Napaleonla döyüşlərdə iştirakına görə dövlətin qızıla böyük ehtiyacı olur. Bunu görən Natan Ost-İnd şirkətindən 800 min funtluq qızıl alır və bunu İngiltərəyə iki dəfə baha satır. Satılan qızıldan gələn başqa gəlir isə qızılı daşımaqdan gəlir. Həmin qızılı Avropanın qərbində Napoleonla döyüşən hersoq Velinqtona verməli idi. Bunu etmək üçün dövlətin imkanı olmadığından köməyə Rotşildlər gəlir.

Həmin vaxt artıq ailənin başçısı olan Natan 20 yaşlı Yakob-Ceymsi Fransaya göndərir. Fransanın paytaxtında özünə ev tutan Yakob, qardaşları ilə məktublaşmağa başlayır. Məktubların birində İngiltərədəki böyük qardaşı Natan ona öz problemlərindən yazır. Natan yazır ki, İngiltərə dövləti ona qızıllarını ölkədən çıxardıb İspaniyaya göndərməyə imkan vermir. Böyük qardaşın yazdığına görə İngiltərə dövləti qorxur ki, qızıllar ölkədən çıxsa İngiltərənin iqtisadiyyatı zəifləyə bilər. Əlbəttə ki, bu məktubdakılar hamısı Fransa hökuməti üçün bir oyun idi. Ailə üzvləri bilirdilər ki, Yakoba çatan və onun göndərdiyi bütün məktublar Fransa gizli polisi tərəfindən oxunur.

Onların apardığı məktub oyunu baş tutdu. Fransanın Maliyyə Nazirliyi bu oyuna inanaraq Yakoba həmin qızılları Fransadan keçirmək üçün dəstək verəcəyinə söz verir. Beləliklə ingilis qızılları Rotşildlərin adı, Fransa dövlətinin köməyi ilə İspaniyaya, ordan isə hersoq Vellinqtona çatdırılır. Fransa dövlətini aldadan Rotşildlər İngiltərə ordusunun bankirlərinə çevrilirlər.

Sui-qəsd nəzəriyyələri və antisemitizm

thumb|alt=Karikatura|Natan Mayer Rotşildə qarşı yönəlmiş antisemit karikatura, "Musée des Horreurs" seriyası, XIX əsr.

Rotşild ailəsi, xüsusilə Natan Mayer Rotşildin fəaliyyəti tarixi boyu müxtəlif sui-qəsd nəzəriyyələrinin əsas hədəflərindən biri olmuşdur. Bu nəzəriyyələr çox vaxt antisemitizm ideologiyası ilə qidalanaraq, ailənin dünya maliyyə sistemini idarə etdiyi və gizli hökumətlərlə əlaqəli olduğu barədə əsassız iddialar irəli sürür.Ferguson, N. (1998). The World's Banker: The History of the House of Rothschild. Weidenfeld & Nicolson. pp. 450–455.

Natan Mayer Rotşildin XIX əsrin əvvəllərində Britaniya maliyyə bazarındakı uğurları, xüsusilə Vaterlo döyüşündən sonra bazarlardakı fəaliyyəti, zaman keçdikcə bəzi radikal dairələr tərəfindən "ailənin müharibədən mənfəət əldə etməsi və millətlərin taleyini idarə etməsi" şəklində təhrif olunmuşdur. Əslində, bu iddiaların böyük bir qismi yəhudi icmasına qarşı yönəlmiş qərəzli və antisemit şərhlərin bir hissəsi idi və tarixi sənədlərlə heç bir elmi əsası yoxdur.Morton, F. (1962). The Rothschilds: A Family Portrait. Atheneum. pp. 190–198.

Bu cür sui-qəsd nəzəriyyələri XX əsrin əvvəllərindən etibarən siyasi təbliğat vasitəsi kimi istifadə edilmiş, ailənin nüfuzuna kölgə salmaq və yəhudi əleyhdarı əhval-ruhiyyəni gücləndirmək məqsədi daşımışdır. Müasir tarixşünaslıq isə Rotşild ailəsinin biznes fəaliyyətini XIX əsrin qlobal iqtisadi inkişafı kontekstində araşdırır və bu cür spekulyasiyaları elmi cəhətdən rədd edir.Cowles, V. (1973). The Rothschilds: A Family of Fortune. Knopf. pp. 240–245.

İstinadlar

Xarici keçidlər Kateqoriya:Rotşildlər Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Almaniya yəhudiləri