Layoş Nad (; d. 5 fevral, 1883, Apoştak – d. 28 oktyabr 1954, Budapeşt) — macar yazıçı və jurnalist, Koşut mükafatı laureatı (1948), Macarıstan Kommunist Partiyasının üzvü (1945)
Həyatı Layoş Nad 5 fevral 1883-cü ildə Apoştakda anadan olub . O, 28 oktyabr 1954-cü ildə Budapeşt şəhərində vəfat edib.
Yaradıcılığı Layoş Nad yaradıcılığa burjua mühitini tənqid edən novellalarla başlamışdır. 1919-cu il proletar inqilabını rəğbətlə qarşılamışdır. 1920-1930-cu illərdə demokratik məzmunlu felyeton və hekayələr yazmışdır. "Kişkunxalom" (1934), "Üç macar şəhəri" (1935), "Kəndin maskası" (1937) sosial, "Üsyankar" (1949), "Qaçqın" (1954) avtobioqrafik romanları var .
Mükafatları
Baumqarten mükafatı (1932, 1935 and 1938) Koşut mükafatı (1948)
İstinadlar
Ədəbiyyat Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.145-146
Kateqoriya:Macar yazıçılar Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:Macarıstan jurnalistləri Kateqoriya:Macarıstan kommunistləri Kateqoriya:Macarıstanda doğulanlar Kateqoriya:Budapeştdə vəfat edənlər