() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Ümumi yayılması Qafqaz, Türkiyə, İran, Əfqanıstan, Pakistan və Hindistanda təbii arealı vardır.

Azərbaycanda yayılması Təbii halda Naxçıvan MR-də, 2000 m yüksəkliyində və Göyçay rayonunda rast gəlinir.

Statusu Azərbaycanın nadir bitkisidir. VU D2.

Bitdiyi yer Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir.

Təbii ehtiyatı Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri Hündürlüyü 1–2 (3) m olan budaqlı koldur. Budaqların qabığı bozdur; cavan zoğları qırmızımtıl-qonurdur. Yarpaqları dərili, xətvarı lansetvarı, hər iki ucu biz, uzunluğu 2,5–6 sm, eni 4–7 mm, çılpaq və ya seyrək tükcüklüdür. Çiçək qrupları başcıqlı və ya budaqların uclarında başcıq salxımlıdır; çiçəkləri çəhrayı və ya qonur, 4–12 ədəd, qısa çiçək saplaqlarında xırda, teztökülən, sıxtükcüklü, çiçəkaltlıqlıdır. Çiçəkyanlığı meyvələrdə qalan, üstdən sıx, xırda tükcüklüdür. Borucuğu silindrik, uzunluğu 6–8 mm, sonradan şarşəkilli qabarıq olub hissələri yumurtavarı, ucu biz, 2–3 dəfə borucuqdan qısadır. Yuxarı cərgənin erkək-ciklərinin tozluqları çiçək yanlığının borucuğundan çıxır. Yumurtalığı ipək tükcüklüdür. Dişicik ağzı başcıqlı, oturaqdır. Çəyirdəyi şarşəkilli, tüklü, narıncı və ya narıncı, qırmızıdır. May, iyun aylarında çiçəkləyir, iyul, avqust aylarında meyvə verir.

Çoxalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.

Zəruri qoruma tədbirləri Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Pakistan florası Kateqoriya:Qərbi Himalay florası