Kristof de Marjeri (, tam adı ; ) — fransız iş adamı, "Total" neft şirkətinin baş icraçı direktoru və sədri. De Marjeri 2014-cü ilin oktyabrında Moskvanın Vnukovo-3 hava limanında təyyarə qəzasında həlak olmuşdur. Onun içində olduğu təyyarə yerdən qalxarkən qar təmizləyən maşınla toqquşmuşdur.CEO of French oil giant Total dies in jet crash at Moscow’s Vnukovo Airport Russia Today Online, 20 oktyabr 2014Concerning the Runway Incursion Accident of October 20, 2014 , corp.vnukovo.ru, İstifadə tarixi: 21 oktyabr 2014

Həyatı 1974-cü ildə Parisdə Ali kommersiya məktəbini (École supérieure de commerce) bitirmişdir. Təhsilini bitirdikdən sonra "Total" şirkətində işləməyə başlamışdır. Şirkətin maliyyə departamentində və karbohidrogenlərin kəşfiyyatı və hasilatı bölməsində vəzifələr tutmuşdur. 1995-ci ildə şirkətin Yaxın Şərq bölməsi olan "Total Middle East"in rəhbəri, 1999-cu ildə isə "Total" şirkətinin karbohidrogenlərin kəşfiyyatı və hasilatı bölməsinin rəhbəri təyin edilmiş və idarəetmə komitəsinin üzvü seçilmişdir.

2000-ci ildə baş vitse-prezident, 2002-ci ildə yeni yaradılmış "TotalFinaElf" konserninin kəşfiyyat və hasilat üzrə prezidenti vəzifəsini tutmuşdur.

12 may 2006-cı ildə səhmdarların ümumi yığıncağında de Marjeri idarə heyətinin üzvü, 14 fevral 2007-ci ildə idarə heyətinin sədri seçilmişdir.

21 may 2010-cu ildən isə şirkətin sədri vəzifəsini tuturdu.

İstinadlar

Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Aviasiya hadisələrində həlak olanlar